tag:blogger.com,1999:blog-5379403691626691256.post2648901982724264778..comments2023-10-20T13:02:26.182+04:00Comments on ۞ C A H A N ۞: Martin Haydegger. GÜNDƏLİK İNSAN VƏ "ONLAR" SAHƏSİMəsiağa Məhəmmədihttp://www.blogger.com/profile/16109385053968158660noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-5379403691626691256.post-12724414143628923132009-10-21T02:57:31.706+05:002009-10-21T02:57:31.706+05:00Dəyərli şərhiniz üçün sağ olun, Güntay bəy!..Dəyərli şərhiniz üçün sağ olun, Güntay bəy!..Məsiağa Məhəmmədihttps://www.blogger.com/profile/16109385053968158660noreply@blogger.comtag:blogger.com,1999:blog-5379403691626691256.post-6935967925933867012009-10-21T02:09:19.112+05:002009-10-21T02:09:19.112+05:00Martin Heideger XX. əsrin ən önəmli fikir adamları...Martin Heideger XX. əsrin ən önəmli fikir adamlarından biridir. J.P. Sartr onu oxumağa başlar və anlamaz. Daha sonra Heidegeri oxumaq üçün ayrıca zaman ayırar. Bəzi araşdırmacılar onu faşistlərlə işbirliyi yapmaqla suçlar və rektoru olduğu universitetdə yəhudiləri satdığını yazarlar. Faşist görüşün doğuşunda rolunun olduğunu yazarlar. Bu üzdən də keçən əsrdə bəzi sinema filmlərində faşizmin qaynağı tənqid edilirkən, Heideger nəzərdə tutulur. Filmdə onun rəsmi rəmzi olaraq göstərilir.
Heideger alman dilinə bir neçə fəlsəfi sözlər gətirmişdir. Onların başında “dasein” durmaqdadır. Bir neçə fəlsəfi qavram Heidegerə məxsusdur. Öldükdən sonra onun gətirdiyi qavramlar qəbul edildi.
Heidegerə görə “varlıq” və “zaman” sorununun doğru cavablanması üçün tarixsəl çərçivə içində düşünülməlidir. O, epistemoloji təməlli düalist varlıq anlayışını yenidən yozumlayaraq yerinə ontoloji təməlli varlıq nəzəriyəsini gəlişdirməyi nəzərə almışdır. Heideger Dekartın “düşünürəm öylə isə varam” önərməsini “varam, öylə isə düşünürəm” şəklində ortaya qoyar. Heideger modern fəlsəfəni tənqid edər. Modern fəlsəfələri ormanlqıdakı ağaclara bənzədər. Necə ki, ormanlıqdakı ağacların sıxlığı günəşin şüalarının görülməsini əngəllər, şüalar qırır-qırıq görünər. Modern fəlsəfədəki bu bol fəlsəfi axımlar da o sıx olan ağaclar kimi bütün olanın görülməsini önlər. Bu üzdən də Heideger ontoloji üzərində israrla durar. Heidegerə görə ondan öncəki fəlsəfənin unutduğu bir şey var: Zaman. Yəni “olmaqlıq”ın tarixiliyi. Bu üzdən dən sonu “-olmaq”la bitən yüz söz düzəldər öz fəlsəfəsini anlada bilmək üçün. Bütün “-olma”lıq onun zaman fəlsəfəsini anlatmaq üçündür.
Heideger fəlsəfəsinin qarşı çıxdığı ən önəmli məsələ metafizik məsələsidir. O, metafiziyi fəlsəfənin düşməni olaraq görür.
Heideger “varlığın tamamlanması nə ilə mümkündür?”- sualını sorar və bu şəkildə cavablar: Ölümlə varlıq tamamlanır. Həyatın doğru anlamı ölümə aparmasındadır. Ölüm Heidegerə görə yeniləşmənin ən düzgün imkanıdır. Bütün həyat imkanları orada toplanır, orada birləşir. Mövcudluq ən dərin mənası ilə ölümə gedən varlıqdır. Yəni sonu olan mövcudluqdur. Sonu olan mövcudluq zaman içində bulunduğu üçün “zaman” varlığın sualıdır. Heidegerə görə, sonsuz olanı zaman içindən sıyrılmış, zamanın dışında təsəvvür edəriz. İnsan olmayan məxluqlar, zaman içində gəlişir. Ancaq insan, yalnız insan zaman içində bulunduğu halda zamanı da aşa bilir. Çünkü insan, zaman içində yaşamaqla qalmaz, zaman içində yaşadığının fərqində də olur. Heidegerə görə tarixi insan sonlu mövcudluqdur. “Sonluluq sahəsi”ndə gerçək ilə kəndi arasındakı sıx münasibət ona şəkil, anlam və xüsusiyət verər. Münasibətdə bulunduğu gerçəkliyin ilk planında isə, mənsub olduğumuz millət gəlir. Bu üzdən də Heidegerə görə tarixi insan tipi hər şeydən öncə milli şüurunu anlayan insanda şəklini alır.
Heidegerlə fəlsəfi düşüncə, tarixi düşüncə olur.
Heidegerə görə, “heçlik” qavramı olmasaydı “varlıq”dan danışa bilməzdik. Çünkü “varlıq”ın sınırı heçlikdir. Bu üzdən də Heidegerə görə yalnız varlıq aranmalıdır və bilimin də konusu varlıqıdr. “Heçlik” nədir o zaman? Heçlik “deyil”in və “yox” demənin ana qaynağıdır... Nədən varlıq olsun da heçlik olmasın? Heçlik insan varlığına, hər olanın olduğu kimi görünməsi imkanıdır. Heçlik qavramı, var olanın ziddi olan bir qavram deyildir. Varlığın tam özünə aiddir. Varlığın öz içindədir. Var olanın varlığında heçliyin heçlənməsi meydana gəlir. Heçlik ancaq mövcudluğun təməlində göründüyü üçündür ki, varlığın yabancılığı hissi içimizə girər. Varlığın bu yabancılığı bizi sıxışdırdığı üçün “heyrət”i oyandırır və özünə çəkər. Bu heyrətin, yəni heçliyin görünməsinin dərinliklərindən “nə üçün” sualı çıxar. İnsan varlığı, heçliyin içinə girdiyi təqdirdə ancaq var olanla təmassa keçə bilir. “metafizik” dediyimiz olaya da bu heçlik içində ehtiyac duyarıq.Ülgen Tölgehttps://www.blogger.com/profile/03165732674330271311noreply@blogger.comtag:blogger.com,1999:blog-5379403691626691256.post-72132154900766458012009-10-16T19:33:43.330+05:002009-10-16T19:33:43.330+05:00Siz sağ olun, dəyərli Hümmət bəy...Siz sağ olun, dəyərli Hümmət bəy...Məsiağa Məhəmmədihttps://www.blogger.com/profile/16109385053968158660noreply@blogger.comtag:blogger.com,1999:blog-5379403691626691256.post-49906780312995350042009-10-16T18:23:07.577+05:002009-10-16T18:23:07.577+05:00saygili məsiağa bəy
yenidən bu yazını yaydığınız...saygili məsiağa bəy

yenidən bu yazını yaydığınız üçün çox sağolunh.şahbazinoreply@blogger.com