(filoloji tərcümə)
1
Çətin ki, insanlar Allah üçün bir iş görələr,
Qurana qızıl naxışlarına görə təzim edirlər.
Kəbənin üstündəki ipək örtüyü,
Bütxanaya örtsən, ona etiqad edərlər.
Qarğanın boğazına heyifsilənmədən şəkər tökürlər,
Humay quşundan isə sümüyü əsirgəyirlər.
Əjdəha kimi xəzinə üstündə yatıblar,
Amma yarım qran üstündə dilənçi ilə dava edirlər.
Harda Məsihin iynəsindən söz düşsə,
Özlərini cazibə gücü olan maqnit edərlər.
Təkəbbürdən Quranı tapdalayarlar,
Cəbrailin başından ağıl çalmasını açarlar.
Bu qəlbi qaralar hansı tərəfə üz tutsalar,
Üzlərinin suyunun töküb onda üzərlər.
Həya-abır hər bir işıqlı gözdə olur,
Bu batini korlar hansı göz ilə utansınlar?!
Saib, tənhalıq guşəsini tut ki, ürək əhli
Bu dərdə guşənişinliklə əlac edər!
2
Ömür keçdi, taqətsiz ürəkdə giziltisi qaldı –
Bu viranədə seldən bir ovuc çör-çöp qaldı.
Nəfəs sapından diş həmayili yanıma töküldü –
Bir neçə tapılmaz gövhərdən quruca ip qaldı.
Tənbəllik göz ovuşdurmağa bir imkan vermədi,
Mətləbin üzü yuxu pərdələrinin niqabı arxasında qaldı,
Ürək sevgisizlikdən sinəmdə soldu,
Bu parlaq qəndilin dağı mehrabın ürəyində qaldı.
Ağıl sərgərdan ürəyin işindən baş çıxarmadı –
Bu nadir damla varlıq dəryasının dibində qaldı!
Yusifin karvanı Kənandan Misirə yollandı,
Əbədi səadət getdi, bizim ayağımız isə yatmış qaldı.
Saib, aləmdə bir dərd əhli rastımıza çıxmadı,
Bu tapılmaz gövhərin həsrəti ürəyimizdə qaldı!
3
Çalışıb bədən gəmisini sındırdım, görək nə olur?
Bu ucsuz-bucaqsız dənizdə oturdum, görək nə olur?
Riyakarlıq təsbehindən işimin düyünləri birə yüz artdı.
Zünnara xidmət etməyə başladım, görək nə olur?
Üzərlik gücsüzlükdən işimin bir düyününü də açmadı,
Odun ortasında bardaş qurub oturdum, görək nə olur?
Kəbə axtaranların hiyləsi Allahı görən gözə pərdə oldu,
Bilməzlikdən bütün ürəyini sındırdım, görək nə olur?
Ağıllılıq abırını gözləmək mənim əlimdən gəlmir,
Gah divanə, gah da yarısərxoşam, görək nə olur?
Fələyin güzgüsündən muradımın əksi görünmədi,
Dizimin güzgüsü arxasında oturdum, görək nə olur?
Yaxşı-pis söz deməkdən sədəf kimi ağzımı yumdum,
Dənizdə qulaq falına oturdum, görək nə olur?
Saib, əl-qol atmaqla bir iş irəli getmədiyi üçün
İki səy əlini arxamda bağladım, görək nə olur?
4
Nə korlar təki hər yanı əsa ilə yoxlayırsan?
Quyu sənin ayağının altındadır, hara baxırsan?
Sənin qızıla etiqadın möcüzəyə inamından çoxdur,
Quranla qızıl naxışlarına görə fal açırsan!
Bizim gözümüz hünərə, sənin gözün eybə dikilib,
Biz güzgünün üzünə, sənsə arxasına baxırsan.
Gül təki çöpün yoxsulluğuna gülmə,
Zamanın soyuq nəfəsindən əvəzini görərsən.
Bu gün sən bizə hansı gözlə baxırsansa,
Sabah məhşər günü sənə də o gözlə baxacaqlar.
Qulaqlarını kar et, qulaq as, gör nələr eşidirsən,
Gözlərini yum, bax, gör nələr görürsən!
Bir göz qırpımında Misirə qədər getmək olar,
Sən isə dargözlüyündən Səba yoluna baxırsan.
Saib, yaxşısı budur ki, savabı qoyub günahı seçmə,
Çünki bu əvəz dünyasında cəzasını görərsən.
5
Nə qədər bu hiylə pərdəsindən yüz rəngdə olacağıq?!
Pərdəni götür ki, hamımız həmahəng olaq!
Bizim saf könlümüz təcəllanın yazı taxtasıdır,
Biz Tur dağı deyilik ki, bir cilvə ilə yerimizdən oynayaq!
Bir canı yanmış yoxdur ki, bizim könlümüzü ovlasın,
Yaxşı olar ki, daşın qəlbindəki qığılcım kimi gizli qalaq.
Baharın gəlişiylə yanmış toxum cücərərmi?!
Biz o kəslərdən deyilik ki, gül rəngli şərabdan şad olaq.
Biz öz qanadımızın qısalığından xəbərdarıq,
Axı hansı ümidlə dar qəfəsi tərk edək?!
Bizim dar ürəyimiz cahanın canının sarayıdır,
Saib, qəmlərə görə ürəyimizi niyə sıxaq?!
Çevirəni: Məsiağa Məhəmmədi

Şərh yaz