Ziba Kərbasi-Təbrizli. İSTƏYİRƏM

Aşiqəm, sevgili yaar istəyirəm,
Eşqi də biqəraar istəyirəm.

Soyunam da bu qaranlıqdan tam,
Eşqi mən ol ki vaar, istəyirəm.

Sevgilərlə içi dolmuş yaşayış,
Onu mən sanki bahaar istəyirəm

Zülmətin öldüyü gün yaasında,
Ölümün kəndini zaar istəyirəm.

İştə çılpaqlığımı örtmək üçün,
Məxməli rəngli bahaar istəyirəm.

Mutluluqdan dənizə çevrilərək,
Yanımda sevgili yaar istəyirəm.

Sona varsın da intizar bitsin,
Yox deyil, mən onu vaar istəyirəm.

Qaralardan ürəyim bezgindir,
Qırmızı laləyi-zaar istəyirəm.

Çevirən: GÜNTAY



Davamı

Səməd Mənsur. SÖYÜŞÜN

Söyüşün, ey “nəcib”lər, söyüşün,
Fəxri-millət “ədib”lər, söyüşün!

Söyüşün, görsənə şücaətiniz,
Söyüşün, vazeh ola qeyrətiniz,
Söyüşün, kəşf ola kəramətiniz,
Söyüşün artıq ola hörmətiniz.
Söyüşün, ey “nəcib”lər, söyüşün,
Fəxri-millət “ədib”lər, söyüşün!

Çünki yoxdur bir özgə zəhmətiniz,
Həcv satmaq olub ticarətiniz.
Pul qazanmaq olarsa niyyətiniz,
Gərək hökmən ola rəqabətiniz.
Söyüşün, ey “nəcib”lər, söyüşün,
Fəxri-millət “ədib”lər, söyüşün!

Yazılar aləmin bazar eləyin,
Yalanı, böhtanı şüar eləyin,
Bir-birin səhnədən kənar eləyin,
Nə xəcalət çəkin, nə ar eləyin.
Söyüşün, ey “nəcib”lər, söyüşün,
Fəxri-millət “ədib”lər, söyüşün!

Hər kimin xılt olarsa xunində,
Şübhə yoxdur onun cünunində,
Nə ola kuzənin dərunində,
Əsəri görsənir bürunində.
Söyüşün, ey “nəcib”lər, söyüşün,
Fəxri-millət “ədib”lər, söyüşün!

1915-ci il




Davamı

Güntay Gəncalp. QARTAL

Qartal 70 il yaşayır. Ancaq 40 yaşına gəldiyində, onun dimdiyi uzanıb əyilir. Beləliklə də, dimdiyi ilə ovlaya bilmir. Yenə də 40 yaşına gəldiyində, dırnaqlarının arasında başqa ətlər də ortaya çıxır. Dırnaqları ilə ovları qaldıra bilmir. Qanadlarının da arasında köhnə lələklər böyüyür, qoymur qanadları açılsın. Ona görə göylərin dərinliyində uça da bilmir.
Bu problemləri həll etmək üçün qartal 150 gün bir uca dağın başında tək qalır.

Dimdiyini o qədər daşa çırpır ki, qan axa-axa dimdiyi yerindən qopur. Sonra da başlayır ayaqlarındakı artıq əti sökməyə. Bütün ayaqları qana bürünür. Ayaqlarındakı artıq əti də qopardıqdan sonra qanadlarını yolmağa başlayır. Qopan qanadlarının yerindən qan axmağa başlayır. Oturduğu qayanın üstü qartalın qanı ilə boyanır.
Bu işi qartal 150 gün içində edir. 150 gündən sonra yeni həyat haqqını qazanır və 30 il də yaşayır...
Bəzən yaşaya bilmək üçün qartal kimi bəzi şeyləri söküb atmaq gərəkir.


Davamı

Seyid Heydər Bayat. QIRX ANLAMLI SÖZCÜKLƏR

Çilləxana altı şəhərdə
sevişib savaşan,
susadığım Səid Mətinpura


Üç boyutlu təsvirlər, qırx anlamlı sözcüklərə gizləndi
səni sevdiyim gövhər
və səhər namazları
savab yazan mələklər belə
səni ağladılar
səccadəm üstünə.

Tarla-tarla susdum səni
Quyu-quyu söylədim.
Sükutum bağırdı səni
gələn nəsillərə.

Bloq-bloq kament gəzdi adın
qəzetələr
ən böyük titrdən boyun qaçıranda.

Tarla-tarla susdum səni
quyu-quyu söylədim.
Sükutum bağırdı səni
gələn nəsillərə
susadım sənə
tufan əsdi şeirimin qafiyələrinə
taqqa-tax, tax-tax
qapılar çırpındı yeddi şəhərdə
abdallar yol itirdilər
və Xoca Əhməd Yəsəvi
riyazət məzarından
ayağa qalxmadı.


Davamı

    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər