
sevişib savaşan,
susadığım Səid Mətinpura
Üç boyutlu təsvirlər, qırx anlamlı sözcüklərə gizləndi
səni sevdiyim gövhər
və səhər namazları
savab yazan mələklər belə
səni ağladılar
səccadəm üstünə.
Tarla-tarla susdum səni
Quyu-quyu söylədim.
Sükutum bağırdı səni
gələn nəsillərə.
Bloq-bloq kament gəzdi adın
qəzetələr
ən böyük titrdən boyun qaçıranda.
Tarla-tarla susdum səni
quyu-quyu söylədim.
Sükutum bağırdı səni
gələn nəsillərə
susadım sənə
tufan əsdi şeirimin qafiyələrinə
taqqa-tax, tax-tax
qapılar çırpındı yeddi şəhərdə
abdallar yol itirdilər
və Xoca Əhməd Yəsəvi
riyazət məzarından
ayağa qalxmadı.
Şərh yaz