Klod Levi-Stross. MUSİQİNİN TƏBİƏTİ

Rəssamlığın qızğın pərəstişkarları bizim musiqini üstün tutmağımıza etiraz edə, yaxud qrafik və plastik sənətlər üçün onunla eyni məqam tələb edə bilərlər. Lakin biz belə hesab edirik ki, formal baxımdan bu sənətlərdə istifadə olunan materiallar, yəni səslər və rənglər, eyni müstəvidə yerləşmir.
Musiqinin üstünlüyünü əsaslandırmaq üçün bəzən deyirlər ki, musiqi təqlidçi sənət deyildir, daha dəqiqi, o özündən başqa heç nəyi təqlid etmir; rəsm əsərinə baxan tamaşaçıda isə dərhal belə bir sual yaranır: “Burada nə təsvir olunub?”

Amma problemə bu nöqteyi-nəzərdən yanaşdıqda, biz başqa bir çətinliklə üzləşirik: elə rəssamlıq növü var ki, heç nəyi təsvir etmir. Abstraksionist rəssam öz cərəyanına bəraət qazandırmaq üçün musiqiyə istinad edib isbatlaya bilər ki, onun forma və rəngləri tam sərbəst də olmasa, hər halda, hissi təcrübədən asılı olmayan qaydalarla təşkil etmək hüququ var; necə ki, musiqi səslər və ritmlərlə bunu edir.
Lakin bu analogiyanı qəbul etsək, biz dərin bir yanlışlığa yol vermiş olarıq. Çünki rənglər “təbii şəkildə” təbiətdə mövcud olduğu halda, musiqi səsləri (təsadüfi və ötəri səslərdən istisna olmaqla) təbiətdə yoxdur. Yalnız küylər var...
Əgər biz Nil sahilindəki qamışlıqda küləyin vıyıltısı ilə bağlı Diodorun göstərdiyi misalı kifayət qədər inandırıcı olmadığına görə kənara qoysaq, onda quşların nəğməsindən başqa bir şey qalmır. Əlbəttə, insan musiqi səsləri istehsal edən yeganə məxluq deyil və həmin imtiyazı quşlarla bölüşür, amma bu faktın etiraf edilməsi bizim aşağıdakı tezisimizə heç bir təsir göstərmir: materiyanın xassəsi olan rəngdən fərqli olaraq, musiqi səsləri – istər insanda olsun, istər quşlarda – cəmiyyətin xassəsidir.
Quşların “nəğməsi” dilə yaxın bir şeydir, çünki ifadəyə və ünsiyyətə xidmət edir. Beləliklə, musiqi səsləri mədəniyyətin yeganə təzahürü olaraq qalır. Bu, bir növ təbiətlə cəmiyyət arasında ayırıcı xətdir, amma artıq insanla heyvan arasında bir o qədər aydın ayırıcı xətt kimi çıxış edə bilmir.

Çevirəni: Məsiağa Məhəmmədi


3 Şərh
  1. Straoss´un fəlsəfi fikirləri məni çox özünə cəlb etmişdi bir zamanlar. Onun "həqiqətlər və gerçəklər qopuş zamanı meydana çıxar" görüşü çox önəmlidir. Bütün gəlişmiş oplumlarda bunun örnəyini görmək mümkündür. Almaniya Luter vasitəsi ilə Vatikandan və keçmişindən bir şəkildə ayrılan almanlar yenidən doğuldular tarixdə. Japoniya da 1868-ci ildə başlayan batılılaşma devinimi ilə böyük irəliləyişlərə imza atdı. Toplumları və hətta fərdləri də badayıb saxlayan bəzi dəyələri qvə kültürəl basqıları qoparmaqla gəlişmə mümkün olur. Strossun Afrikanın geri qalmış toplumları üzərinə apardığı elmi araşdırmalar da doqqət çəkicidir.


  2. salamlar masiaga muallim va hurmati ziyali dustum Gencalp.
    sag olun bela malumatlar eçin siza ugurlar dilayiram.


  3. Təşəkkür edirəm, Bəxtiyar müəllim...


    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər