Füzuli haqqında bizdə ənənəvi olaraq, çətin anlaşılan, mürəkkəb, eyni zamanda sirli, müəmmalı bir şair təsəvvürü formalaşıb. Və bu təsəvvür ilk növbədə onun poetik dili və bədii üslubu ilə əlaqədardır. Təəssüf ki, indiyədək Füzuli dilinin mahiyyəti və xarakteri, onun özünəməxsusluğunu şərtləndirən amillər sistemli şərhini tapmamışdır. Halbuki şairin yaradıcılığında bu işə yardımçı ola biləcək kifayət qədər material vardır. Elə götürək, aşağıdakı məşhur qitəni:
Ol səbəbdən farsi ləfzilə çoxdur nəzm kim,
Nəzmi-nazik türk ləfzilə ikən düşvar olur.
Ləhceyi-türki qəbuli-nəzmi-tərkib etməyib,
Əksərən əlfazı namərbutü nahəmvar olur.
Məndə tövfiq olsa bu düşvarı asan eylərəm,
Novbahar olğac tikəndən bərgi-gül izhar olur.
Şair bədii yaradıcılıqda qarşısına qoyduğu ədəbi-estetik məqsədləri daha bundan aydın ifadə edə bilməzdi. Burada iki cəhət diqqəti çəkir. Əvvəla, Füzuli türk dilində, ümumiyyətlə, nəzm yox, "nəzmi-nazik", yəni incə, yüksək poeziya yaratmaqdan söhbət açır, bunun çətinliklərinin mövcudluğunu və onları aradan qaldıracağını bəyan edir. İkincisi, şair türk şerini fars poeziyası (daha doğrusu, fars dilində yaranmış poeziya) ilə müqayisə edir. Və başa düşmək çətin deyil ki, Füzuli türk qəzəlini bədii-estetik keyfiyyətcə fasrdilli qəzəl səviyyəsinə qaldırmaq iddiasında bulunur.
Məsələni bir qədər açıqlayaq. Bütün orta əsrlər boyunca farsdilli şer türk poeziyası üçün başlıca təsir və zənginləşmə mənbəyi olmuşdur. Digər tərəfdən, Füzulidən təxminən iki əsr əvvəl farsdilli qəzəl Hafizin simasında öz estetik kanonunu bütünlüklə reallaşdırmış, universal mahiyyət kəsb etmişdi. Füzuli eyni işi türkdilli qəzəldə gördü. Yəni: a) orta əsr şerimizin ənənəvi obraz və motivləri Füzuli qəzəllərində maksimum bədii həllini tapdı; b) klassik qəzəlin bütün kompozisiya tipləri, poetik nitqin əsas vahidi olan beytin bütün qurulma üsulları türkdilli şer praktikasına daxil edildi; c) türkdilli qəzəl əruzun bütün əsas bəhrlərində, onların növ və variantlarında sınaqdan keçirildi; d) ərəb-fars əlifbasının, demək olar ki, bütün hərfləri ilə bitən növlərdən olan qafiyələrlə qəzəllər yazıldı.
Beləlkilə, Füzuli anadilli şerimiz üçün ondan əvvəl və sonra görünməmiş bir ədəbi hünər göstərdi.
Füzuli dilinin xarakterik xüsusiyyətləri məhz qeyd olunan cəhətlərlə müəyyənləşir və onun mürəkkəbliyi bir yandan ümumən qəzəllərin poetik semantikasından, digər tərəfdən, ərəb-fars sözlərindən geniş istifadədən irəli gəlir. Sonuncu Füzuli üçün əhəmiyyətli məsələ idi: ərəb-fars sözləri türkdilli şer kontekstində daha yüksək poetik dəyərliliyə, daha çox estetik informasiyaya malik idi. Digər tərəfdən, bu, türk "əlfazının" (sözlərinin) "nahamvarlığını" aradan qaldırmaq, əruzun dürlü bəhrlərini türk poetik praktikasına cəlb etmək üçün mühüm vasitə idi.
Əslində Füzuli qəzəlləri leksik tərkibinə görə çox da mürəkkəb deyil. Və əgər Füzuli lüğəti hazırlanarsa (təəssüf ki, bu vacib iş indiyədək görülməyib), onun işlətdiyi ərəb-fars sözlərinin o zamankı ədəbi dil üçün səciyyəvi və işlək olduğunu, əksəriyyət etibarilə sonralar dilimizdə vətəndaşlıq hüququ qazanmış leksik vahidlərdən ibarət olduğunu görərik. Mürəkkəblik isə sözlərin semantik bağlılığında,uzaq anlayışların birləşdirilməsindədir.
Deməli, Füzuli dilinin xüsusiyyətləri onun söz üzərində şüurlu işinin nəticəsidir. Bu işin hansı axtarışlarla (və əzablarla) müşayiət olunduğunu təsəvvür etmək üçün şairin fars divanının dibaçəsindəki aşağıdakı sözləri yada salmaq yerinə düşər: "Qəribə haldır, deyilmiş sözü əvvəllər deyildiyinə görə, deyilməmiş sözü isə əvvəllər deyilmədiyinə görə işlətmək olmur". Yenə həmin dibaçədə əslində poetik dilin obrazlılıq dərəcəsi məsələsinə toxunaraq, yazır:
Mənada rəmz olarsa, müəmma kəlamda
Talib o şerə bil, üləmayi-zəmanədir.
Dilbərlərin təfəkkürə yox tabı, onların
Sevdikləri fəqət qəzəli-aşiqanədir.
Yeri gəlmişkən, şairin "təfəkkürə tabı olmayan dilbərlər" üçün nəzərdə tutulmuş fars divanı türk divanı ilə müqayisədə dil baxımından çox sadədir. Çünki burada Füzuli türk divanında izlədiyi məqsədi qarşıya qoymurdu.
Füzuli, belə demək mümkünsə, sözlə işləyən şairdir; o, yaradıcılıqda ideya, fikir ardınca yox, dilin stixiyası ardınca getmişdir. Bir çox şairlərdən fərqli olaraq, onun poeziyası hər hansı dini-fəlsəfi və ideoloji sistemin ifadəsinə xidmət etmir. Bu mənada, Füzuli poeziyası – «xalis poeziya»dır. Böyük M.F.Axundovun Füzulini şair yox, "nazimi-ustad" saymasının səbəbi də, görünür, bundadır. Belə ki, Mirzə Fətəlinin çıxış etdiyi forma-məzmun dixotomiyası Füzulinin adekvat dərkinə və şərhinə imkan vermirdi. Məsələ burasındadır ki, Füzuli qəzəlinin özü, haradasa, formadır və burada qəribə heç nə yoxdur. Lirik növün ən mühüm qanunauyğunluqlarından biri məzmunun formaya daimi çevrilməsindən ibarətdir: əvvəllər sırf məzmun kimi çıxış edən şey sonralar tematik elementə, təsvir momentinə çevrilir. Bu baxımdan sufizmin özü də, məsələn, Nəsimidən fərqli olaraq, Füzuli üçün poetik dünyaduyumun ifadə formasıdır. Odur ki, indiyə qədər Füzuli və süfizm problemi həll olunmamış qalır. Hətta şairi sufi sayanlar da onun təsəvvüfün hansı cərəyanına mənsub olduğunu müəyyən edə bilmirlər: Nəsimi hürufidir, bəs Füzuli?!
Fikrimizcə, Füzuliyə alim və ya filosof münasibəti (bizdə bü münasibət çox geniş yayılıb) şairin bədii irsini anlamaq baxımından bir şey vermir. Doğrudur, Füzuli zəngin elmi məlumata, geniş erudisiyaya malik idi. Lakin bir çox klassiklərdən fərqli olaraq, o, bu biliklərdən şeri bəzəmək vasitəsi kimi istifadə etmirdi.
Beləliklə, Füzuli nə alimdir, nə filosof; o, sözün həqiqi mənasında ŞAİRDİR! Onun poeziyası dünyagörüşünün deyil, dünyaduyumunun ifadəsinə xidmət edir. Şairin yüksək dərəcədə obrazlı dilinin və poetik üslubunun xüsusiyyətləri də dünyaduyumu ilə diktə olunur. Məhz buna görə də Füzuli poeziyasının şərhi ilk növbədə linqvistik şərh olmalıdır, çünki linqvistik (daha doğrusu, linqvopoetik) təhlil bədii əsəri "xarici şəraitin dil ekvivalenti kimi deyil, sözlər arasında qarşılıqlı əlaqə və asılılıqları, konfliktləri müəyyənləşdirən immanent qanunların işarəsi kimi" (Yanuş Slavinski), dilin poetik funksiyasının başqaları üzərində şəksiz üstünlük qazandığı nitq növü kimi alır. Və şübhəsiz, Füzuli poeziyasının bu cür şərhi bütün digər təhlillərə nisbətən daha səmərəli olacaqdır.

Şərh yaz