İslam dünyası ilə Qərbin münasibətləri əsrlər boyu müxtəlif mərhələlərdən keçmiş və müxtəlif səciyyəyə malik olmuşdur. Hər halda bu gün şahidi olduğumuz mənzərə əvvəlkilərdən köklü şəkildə fərqlənir.
Professor Espozitonun yazdığına görə, «islamla xristianlığın münasibətləri, bir qayda olaraq, bu iki dinin rəqabətinə əsaslanmışdır: onlar hakimiyyət, torpaq və etiqad üstündə mübarizə aparmışlar». Mənim fikrimcə, bu qarşıdurmanın səbəblərini həmin iki dinin, iki böyük sivilizasiyanın və onları təşkil edən ünsürlərin mahiyyətində axtarmaq lazımdır. Bu səbəblər təkcə iki sivilizasiya arasındakı fərqlərlə deyil, onların oxşar cəhətləri ilə də şərtlənmişdir. İslam və xristianlıq monoteist ilahi dinlər olaraq, dünyaya dualizm «pəncərəsindən» baxan politeist (çoxallahlı) məzhəblər kimi «davarana» bilməzlər. Bu dinlərin hər ikisi o qədər müstəsnalıq və cahanşümulluq iddiasındadır ki, yalnız özlərini mütləq həqiqət və bəşəriyyətin xilaskarı sanırlar. Hər iki dinə mənsub olanlar başqa əqidə sahiblərini «düz yola istiqamətləndirməyə» və öz dininə «gətirməyə» borcludurlar. Təsadüfi deyil ki, istər islam, istərsə də xristianlıq, fürsət düşdükcə, bu məqsədlə zorakı əməllərdən də çəkinməmişlər. «Cihad» və «səlib yürüşləri» məfhumları yalnız sinonim anlayışlar deyil, həm də bu iki dini dünyanın başqa dinlərindən ayıran cəhətlərdir.
Dedik ki, xristianlıqla islamın rəqabətinin başlıca səbəblərini bu iki dinin mahiyyətində axtarmaq lazımdır. Lakin həmin rəqabətin güclənməsinə təsir göstərən amilləri təkcə bu yolla izah etmək olmaz. Elə dövrlər olub ki, bu iki sivilizasiyanın münasibətlərinə dinc yanaşı yaşamaq və əməkdaşlıq əhval-ruhiyyəsi hakim kəsilib, bəzi mərhələlərdə isə tərəflər arasında «soyuq müharibə» gedib. Əslində «soyuq müharibə» ifadəsi ilk dəfə XIII əsrdə ispaniyalılar tərəfindən, özü də islam dünyası ilə münasibətləri səciyyələndirmək üçün işlədilib. Bir sıra dövrlərdə isə iki sivilizasiyanın münasibətləri birbaşa toqquşmalar şəklini alıb. Bütövlükdə islamla xristianlığın münasibətlər tarixi «təsirlər» və «əks təsirlər»lə doludur: VII-VIII əsrlərdə islam Şimali Afrikaya və Avropaya yayıldı. Xristianlıq buna səlib yürüşləri və İspaniya yarımadasını yenidən ələ keçirməklə «cavab verdi». Daha sonra osmanlı türkləri ərəb dünyasına və təqribən bütün Balkanlara hakim oldular və Vyana qapılarına qədər gedib çıxdılar. Lakin XVIII-XIX əsrlərdə Qərbin islam dünyasına nüfuzu elə güclü şəkil aldı ki, 1920-ci ildə yalnız dörd müsəlman cəmiyyəti Qərbin hökmranlığından kənarda qalmışdı. İndi nisbət dəyişib: hazırda dörd yox, əlli müstəqil müsəlman ölkəsi mövcuddur.
Bu qarşıdurmanı şərtləndirən amillər iqtisadi inkişafın, texnoloji yeniliklərin, ideoloji proseslərin, ən başlıcası isə demoqrafik dəyişikliklərin (əhalinin artım sürətinin yüksəlməsi və azalması) güclü təsiri altında formalaşır. Məsələn, XI əsrin səlib yürüşləri Avropada əhalinin yüksək artım sürəti və güclü iqtisadi inkişaf nəticəsində baş vermişdi. Məhz bu amillərin təsiri ilə böyük insan kütlələrini «müqəddəs torpağa» doğru yürüşə səfərbər etmək mümkün olmuşdu. Səlibçilərin ilk dəstələri Konstantinopola çatanda, Bizans şahzadəsi Anakamen yazmışdı: «Sanki bütün Qərb, Adriatik dənizinin o tayında yaşayan bütün vəhşi tayfalar Şərqə hücum çəkib. Elə bil onlar bütün ev-eşiklərini, qohum-əqrəbalarını götürüb Asiyaya yollanıblar...».
XIX əsrdə də Avropada güclü iqtisadi inkişaf və əhalinin sürətli artımı avropalıların kütləvi miqrasiyasına səbəb oldu. Bu dövrdə 50 milyondan artıq avropalı Qərbin Amerikada, Orta Şərqdə, Afrikada və Asiyada olan müstəmləkələrinə səpələndi.
İndi də demoqrafik nisbətin dəyişməsi islam dünyasının qonşuları ilə münasibətlərinə sabitliyi poza biləcək bir təsir göstərir.
Bu münasibətləri dərk etmək üçün ona daha geniş bir bucaqdan, yəni soyuq müharibədən sonrakı dünya siyasəti kontekstində yanaşmaq zəruridir. Çağdaş dünyamızda millətlər arasındakı «ayırıcı xətlər» daha ideologiya əsasında «çəkilmir». İndi millətləri bir-birindən ayıran cəhət mədəni fərqlərdir. Bütün dünya ölkələri və millətləri bəşəriyyətin qarşılaşdığı ən mühüm sualların cavabını axtarmağa çalışırlar.
Biz kimik? Dünya xalqları ilk növbədə bu suala cavab tapmaq istəyirlər və bu yolda bəşəriyyətin əsrlər boyu faydalandığı ənənəvi metodlara üz tuturlar. Dünya xalqları özlərini əcdadları, məzhəbləri, dilləri, dəyərləri, adət və ənənələri vasitəsilə təqdim edirlər. Onlar özlərini mədəni, etnik, dini, milli və daha geniş anlamda «sivilizasion» qruplara bağlayırlar.
Əlbəttə, milli dövlət dünya səhnəsinin əsas və güclü «oyunçusu» olaraq qalır. Ölkələrin münasibətləri (davranışı) onların gücü və zənginliyi ilə şərtlənir. Lakin çağdaş dünyada mədəni amillər də həmin davranışın müəyyənləşməsinə təsir göstərir. Dünya siyasəti mədəniyyət və sivilizasiya «xətləri» əsasında yenidən qurulmaqdadır. Bu proses bir neçə bariz göstəriciyə və əlamətə malikdir:
Əvvəla, tarixdə ilk dəfə olaraq, dünya siyasəti çoxqütblü və çoxsivilizasiyalı bir şəkil almışdır. Artıq ölkələrin təsnifatı soyuq müharibə dövründəki üç blokla məhdudlaşmır, əksinə, indi dünyanın yeddi, yaxud səkkiz əsas sivilizasiyası qarşı-qarşıya durub.
Henri Kissincerin fikrincə, XXI əsrdə beynəlxalq sistem ən azı altı güc mərkəzinə əsaslanacaq: ABŞ, Avropa, Çin, Yaponiya, Rusiya və çox güman ki, Hindistan. Kissincerin sadaladığı bu ölkələr beş müxtəlif sivilizasiyanı təmsil elirlər. Bunlardan başqa müasir dünyada mühüm və strateji yer tutan islam sivilizasiyası da mövcuddur. İslam dünyasının əhəmiyyəti onun strateji xüsusiyyətləri ilə yanaşı, çoxsaylı əhalisi və bol neft ehtiyatları ilə də şərtlənir və bu, islam aləminin nüfuzunu günbəgün artırır.
İndi dünyada əhalisinin sayına görə öndə gedən səkkiz böyük ölkə səkkiz müxtəlif sivilizasiyaya mənsubdur. Dünyanın iqtisadi baxımdan ən çox inkişaf etmiş yeddi ölkəsi beş müxtəlif sivilizasiyanı təmsil edir. Bəzi proqnozlara görə, 2020-ci ildə dünyada beş müxtəlif sivilizasiyaya mənsub olan beş iqtisadi cəhətdən güclü dövlət qalacaq. Yeni yaranan bu dünyada regional siyasət – etnik siyasət, dünya siyasəti isə sivilizasiyalar siyasəti olacaqdır.
İkincisi, sivilizasiyaların nisbi gücündə də nəzərə çarpacaq dəyişikliklər baş verməkdədir. İndiyə qədər Qərb dünyada hakim sivilizasiya olmuşdur. Bir neçə əsrdir ki, vəziyyət belədir və görünür, XXI əsrdə də belə olacaq. Bununla belə dünyadakı qüvvələr balansını dəyişməyə çalışan bir sıra böyük dövlətlər meydana çıxmışlar. Bir tərəfdən Qərbdə əhalinin artım sürətinin və iqtisadi inkişaf tempinin aşağı düşməsi, digər tərəfdən isə Şərqi Asiya dövlətlərindəki iqtisadi yüksəliş və islam ölkələrində əhalinin coşqun artımı beynəlxalq səviyyədə qüvvələr nisbətinin dəyişməsinə səbəb olacaq. Bu dəyişiklik ona gətirib çıxaracaq ki, həmin ölkələrdə yaşayan xalqlar getdikcə daha çox öz mədəni dəyərlərinə, ənənələrinə qayıdacaq, Qərb dəyərlərini və təsəvvürlərini rədd edəcəklər. Artıq Şərqi Asiya xalqları belə düşünürlər ki, onlar iqtisadi inkişafa Qərb dəyərlərini «idxal etməklə» yox, öz mədəniyyətlərinə əsaslanmaq yolu ilə nail olmuşlar. Son onilliklərin ən mühüm mədəni və siyasi dəyişikliklərindən biri də islamın dirçəlişidir ki, artıq bu proses bütün müsəlman dünyasını əhatə edir.
Üçüncüsü, çağdaş dünyada müxtəlif sivilizasiyalara mənsub olan dövlətlər arasındakı münasibətlər son dərəcə soyuq və çox vaxt antaqonist xarakter daşıyır. Əlbəttə, sivilizasiyaların hər birində daxili sərhədlərin də mövcudluğunu inkar etmək olmaz. Amma hal-hazırda məhz sivilizasiyalar arasındakı münasibətlər həlledici əhəmiyyət kəsb edir və həmin münasibətlər «rəqabət», «soyuq müharibə», «soyuq sülh» kimi ifadələrlə səciyyələndirilir. Bu gün dünya siyasətinin məhvərini Qərb ilə dünyanın qalan hissəsi arasındakı münasibətlər təşkil edir. İndi Qərb öz dəyərlərini və mədəniyyətini digər cəmiyyətlərə qəbul etdirməyə çalışır, amma bu işi həyata keçirmək üçün Qərbin imkanları günbəgün azalır.
Yeni dünyada sivilizasiyaların toqquşması iki zorakı formada təzahür edə bilər. Hazırda toqquşmanın daha geniş yayılmış forması müxtəlif sivilizasiyalara mənsub olan regional qruplar arasında gedən müharibələrdir. Lakin həmin toqquşmanın ən təhlükəli forması müxtəlif sivilizasiyalara mənsub olan güclü dövlətlərin müharibəyə başlayacağı təqdirdə özünü göstərəcək. Müasir dünyada toqquşmanın bu iki formasının mənbəyini və siyasi sabitsizliyin köklərini yaxın 25 il ərzində islamın dirçəlişində və Çinin yüksəlişində axtarmaq lazım gələcək. Qərbin bu iki sivilizasiya ilə münasibətləri, yəqin ki, çox mürəkkəb və antaqonist xarakter daşıyacaq. Bu qarşıdurmanın nəticəsi xeyli dərəcədə aralıq səciyyəli sivilizasiyalara mənsub olan əsas dövlətlərin, yəni Rusiya, Hindistan və Yaponiyanın bir-birinə və yaxud başqa dövlətlərə yaxınlığından asılı olacaq.
Nəhayət, dördüncüsü, etnik qruplar arasındakı toqquşmalar sirayətedici xislətə malikdir. Etnik toqquşmalar yalnız o halda dünyada sülh üçün təhlükə törədir ki, münaqişə edən tərəflər müxtəlif sivilizasiyalara mənsub olsunlar. Məsələn, Somalidəki tayfalar arasında baş verən qanlı toqquşmalar ətraf dünya üçün heç bir təhlükə törətmir. Ruanda və Brundi qəbilələri arasındakı münaqişələr də həmçinin. Hərçənd bu münaqişələr Zair, Uqanda və Tanzaniya üçün təəssüf doğuran nəticələr vermişdir. Lakin həmin münaqişələrin təsiri bundan uzağa getmir. Müxtəlif sivilizasiyaların Balkanlarda, Qafqazda və Orta Asiyada baş verən qanlı toqquşmaları isə olduqca təhlükəlidir, çünki onlar hər an dünyanın iri dövlətlərini də qoynuna alan böyük müharibələrə çevrilə bilər. Təsadüfi deyil ki, məhz bu münaqişələr dünya ictimaiyyətinin, o cümlədən, BMT-nin diqqət mərkəzində dayanır. Təcrübə göstərir ki, indiyə qədər ABŞ hökuməti və BMT əsas diqqəti məhz bu tipli münaqişələrə vermişlər.
Qərbin öz dəyərlərini müsəlman cəmiyyətlərinə yaymağa çalışması hazırda islam dünyasının üzləşdiyi problemlərin səbəblərindən biridir. Bu problemlərin başqa bir səbəbi islam ölkələrində əhalinin sürətli artımıdır. İslam ölkələrində, xüsusən Balkanlarda, Şimali Afrikada, Mərkəzi Asiyada əhalinin artım sürəti qonşu ölkələrdə və bütövlükdə dünyada olduğundan qat-qat yüksəkdir.
İslam aləmində əhalinin artım sürəti Avropada olduğundan 10 dəfə artıqdır, bu da dünyadakı dini tarazlığı pozmuşdur. 1980-ci ildə müsəlmanlar dünya əhalisinin 18 faizindən də az bir hissəsini təşkil edirdilər. Hesablamalara görə, 2000-ci ildə bu rəqəm 23 faizə, 2025-ci ildə isə 31 faizə çatacaq. 2025-ci ildə dünyada müsəlmanların sayı xristianlardan çox olacaq.
Faktlar göstərir ki, əgər bir cəmiyyətdə gənclər (15-24 yaş arasında olanlar) əhalinin 20 faizindən çoxunu təşkil edirsə, həmin cəmiyyətdə sabitliyin pozulması, hərcmərclik və inqilab üçün zəmin yaranır. 1970-80-ci illərdə islam ölkələrində gənclərin əhalinin ümumi sayına nisbəti sürətlə artmağa başladı. İndi bir çox ölkələrdə bu nisbət 20 faizdən də artıqdır. XXI əsrin əvvəllərində islam ölkələrinin əksəriyyəti bu «rekorda» nail olacaq. Göstərilən yaş həddində olan gənclərin əksəriyyəti şəhərlərdə yaşayır və ən azı orta təhsilə malikdir. Həmin keyfiyyət halı onların sosial fəallığını şərtləndirir, bu da öz növbəsində siyasi sahədə ciddi nəticələrə gətirib çıxarır.
70-ci illərdə İranda gənclərin əhalinin tərkibindəki payı görünməmiş bir sürətlə artmış, həmin onilliyin ikinci yarısında 20 faizlik həddi də ötüb keçmişdi. Bu da 1979-ci il islam inqilabında həlledici amillərdən biri kimi üzə çıxdı. 1990-cı illərin əvvəllərində Əlcəzairdə də cavanlar əhalinin 20 faizindən çoxunu təşkil etdilər və məhz onların dəstəyi ilə İslam Qurtuluş Cəbhəsi ölkədə keçirilən yerli orqanlara seçkilərdə qalib gəldi. Keçmiş Yuqoslaviyada, xüsusən, Kosovoda baş verən dini-etnik toqquşmaların səbəblərindən biri bu regionda müsəlmanlarının sayının kəskin şəkildə artması olmuşdur. Əgər 1961-ci ildə burada müsəlmanlar əhalinin 67 faizini təşkil edirdisə, 1991-ci ildə bu rəqəm 90 faizə çatmışdır. Bu da serb azlığını qorxuya saldı və Slobodan Miloşeviç həmin şəraitdən məharətlə istifadə etdi. Eyni proses Bosniyada da baş verdi. 1961-ci ildə Bosniya əhalisinin 43 faizi serblərdən, 26 faizi isə müsəlmanlardan ibarət idi. 1991-ci ildə isə tamam ayrı mənzərə yaranmışdı: əhalinin 31 faizini serblər, 44 faizini isə müsəlmanlar təşkil edirdilər. Mənim fikrimcə, Bosniyada baş vermiş toqquşmaların və etnik təmizləmənin əsas səbəbini məhz bu demoqrafik dəyişiklikdə axtarmaq lazımdır. Bir serb döyüşçüsündən soruşmuşdular: «Nə üçün uşaqları öldürürsünüz?» O, cavabında demişdi: «Çünki bu uşaqlar böyüyəndə, onsuz da biz onları öldürməli olacağıq».
Əhalinin sürətli artımı Çeçenistanda baş verən hadisələrin əsas səbəblərindən biri kimi qiymətləndirilə bilər. 1980-ci illərdə Çeçenistan əhalisi 26 faiz artmış və bu dəyişiklik, şübhəsiz, çeçenlərin Rusiya ilə münasibətlərinə təsir göstərmişdir. Eyni ilə alban mənşəli əhalinin artımı serbləri, yunanları və italyanları narahat edir. İsrail də fələstinlilər arasında doğumun yüksək səviyyəsindən narahatlıq keçirir. İspaniyada əhalinin artım sürəti 25 faiz olsa da, o, qonşu Mərakeşdə əhalinin daha sürətlə çoxalmasından ehtiyatlanır. Mərakeşdə əhalinin artımı adam başına düşən istehsaldan 10 dəfə sürətlə baş verir. Özü də Mərakeşdə ümumi daxili istehsal İspaniyada olduğunun onda birindən də azdır
Belə bir şəraitdə həm Qərb, həm də islam sivilizasiyasının bir sıra rəhbər şəxsləri sivilizasiyalar arasında konstruktiv dialoqun zəruriliyini vurğulamağa başlayıblar. Bunlar ilk növbədə, Roman Hersoq, Klaus Kinkel, Vatslav Havel və Məhəmməd Xatəmidir. Bu isə o deməkdir ki, perspektivdə Qərb dövlətləri digər cəmiyyətlərə Qərb dəyərlərini qəbul etdirməyə yönəlmiş təzyiqlərini azaldacaqlar. Eyni zamanda dünyanın müsəlman əhalisinin yüksələn xətt üzrə hərəkəti davam edəcək.
Çevirəni: Məsiağa Məhəmmədi

Şərh yaz