Belə nəql edirlər ki, imperator sizə – tənha bir adama, özünün ən aşağı mövqeli təbəəsinə, ən uzaq məsafədən imperiya günəşinin qarşısında ikiqat əyilmiş cılız kölgəyə sifariş göndərmişdir; imperator ölüm yatağında şəxsən sizə sifariş göndərmişdir. O, elçiyə əmr etdi ki, yatağının kənarında diz çöksün. Sonra sifarişi çox əhəmiyyətli saydığı üçün elçiyə göstəriş verdi ki, ağzını onun qulağına yaxınlaşdırıb dediklərini təkrar eləsin. Sonra başı ilə təsdiqlədi ki, sifarişi düzgün təkrar olunub. Bəli, onun ölümünün şahidi olmaq üçün toplaşan – arakəsmələr götürülmüşdü və imperiyanın bütün görkəmli şəxsiyyətləri hündür, geniş pilləkənin başında dövrə vurmuşdular – əyanların qarşısında imperator elçiyə getmək əmri verdi.
O cüssəli və yorulmaz şəxs durmadan hərəkət edir, gah bir, gah da digər əli ilə camaat içərisində özünə yol açır, harda maneəyə rast gəlirsə, döşündəki günəşli ordeni göstərir və kimsənin bacarmayacağı bir asanlıqla özünə yol açır. Amma camaat həddən artıq çoxdur, otaqlar da ki, qurtarmaq bilmir. Yəqin ki, onun qarşısında açıq sahə olsaydı, sürətlə qaçardı və siz bir qədər sonra öz qapınızda onun yumruğunun səsini eşidərdiniz. Amma vəziyyət əksinədir və onun bütün səyləri əbəsdir; o hələ daxili qəsrin otaqlarını keçməkdədir ki, heç zaman onların axırına çıxa bilməyəcək. Lap onları başa vursa da, elə bir iş görmüş sayıla bilməz, çünki sonra pillələrin aşağısına qədər enməlidir. Əgər bunu da etmiş olsa, yenə bir şey eləmiş sayılmamalıdır, çünki meydanlardan keçməlidir və meydanlardan sonra onun qarşısında birinci qəsri əhatə edən ikinci, xarici qəsr dayanır; onun isə daha çox pillələri və daha çox meydanları var. Onlardan sonra daha bir qəsr də vardır. Bu minvalla minillər keçəcəkdir. Əgər nəhayətdə o, çıxış qapısına çatsa, – hərçənd bu, çox-çox müşkül bir məsələdir – o zaman hələ dünyanın mərkəzi sayılan və insan qaraltıları ilə dolu olan paytaxt qarşısında dayanır. Heç kəsin oradan kənara çıxmağa qüdrəti yoxdur, o da qalsın bir ölünün sifarişini özü ilə aparanın…
Artıq axşam düşdüyü üçün siz öz evinizin pəncərəsi qırağında oturursunuz və elə bil bütün bu macəranı gerçək bir röyada görürsünüz.
Çevirəni: Məsiağa Məhəmmədi

Şərh yaz