Hə, dostum, bir az da Dankodan danışaq...
Dankonu xatırlayırsanmı?
O, Maksim Qorkinin "İzergil qarının nağılları"ndakı qəhrəmanlardan biridir.
Müsibətə düçar olmuş bir dəstə insanı zülmətdən çıxarmaq üçün öz ürəyini məşəl edərək onlara yol açan, onları işıqlı məkana çıxaran Danko...
Zülmətdə olarkən yalvarıb da ardıyca getdikləri Dankonu işıqlı məkana çıxan kimi unudan kütlə o qədər sevincək olur ki, hətta onun ürəyini də tapdalayıb söndürdüyünün fərqinə varmır...
***
Əgər cəhaləti kənardan görə bilirsənsə, sevin!
Bu, o deməkdir ki, sən onun içində deyilsən...
Amma bunu cəhalət səndən daha tez duyur...
Bütün kişiləri özününkü etməyə and içmiş inadkar fahişə kimi səni də öz girdabına çəkir, sənə min cür sifət göstərir, səni min bir yolla aldadır...
***
Sən bədbəxtsən.
Çünki hamı kimi ola bilmirsən.
Sən xoşbəxtsən.
Çünki hamı sənin kimi ola bilmir.
Sən qınından çıxmış tısbağasan, qurbağasan, itsən, qurdsan, hər nəsən...onlardan biri deyilsən amma...
Odur ki, sevə bilməzlər səni...
Sən sevmək üçün yaşamağa məhkum...
Onlar yaşamaq üçün sevməyə məcbur...
Sən onların çobanı olmaqçın yaranmadın.
Qurbanlıq quzuları da olmaq istəmədin.
Sən onlara zülmətdə gərəksən.
Ürəyinin odunda yol gedə bilsinlər deyə.
Amma işıqlığa çıxan kimi ürəyini tapdalayacaqlar, unutma...
***
Mənim Prometeyim, Nəsimim, Kefli İskəndərim...Dankom...
Sənin başın zülmətdəki qövmə qarışıb...
Ürəyini onların uğrunda məşəl edib gedirsən...
Bir addım aralıda yanınca getməyimi görmürsən...
İşıqlı məkana çıxacağımız anı gözləyirəm.
Bax o an...
Sənin ürəyini tapdalayacaqları an öz ürəyimi qoparıb da sənə verə bilsəydim...
***
Deyirlər, İsa Məsih çarmıxda olarkən Tanrıya belə dua edirmiş:
- Ata, onları bağışla, çünki onlar neylədiklərini bilmirlər...

Şərh yaz