Mahnı Zənganlı. ŞEİRLƏR

And içmişdim bu sevgini
təkcə ürəyimdə yaşadam.
Yaşadırdım,
illər idi yaşadırdım...
Nə biləydim,
nə biləydim, tərsə olub –
sevgi məni yaşadırdı !!!

SƏNSİZLİYƏ

Məni sənsizliyə adaxladılar,
Bilməyirdilər mənliyimi sənlə tapmışdım.

Hə, sevgilim,
duyğular dərbəndində
avarə yolçular kimi
izini izləyirəm.
Qara duvağa bürünərkən,
Yoluna boylanıram.
Yabançı gözlər...
tumurcuqlu baxışla…
gizlincə gülürlər…
Uzaqlaşıbsan,
məndən!!!
Adaxlı barmaqlığımı
çıxartmaq istəyirəm sənsiz.

TƏLƏSİK YAŞAYIŞ...

İnsanların payı ancaq bu dünyadan
Tələsik bir yaşayışdır,
Eləcə də
Bir dadımlıq sevilməkdir.
İntizarın arxasında
İlan kimi qıvrılarkən,
şənlik susur,
sazlarımız ağı qusur.
Yaşayışdan pay umarkən ,
sevilməkdən dad ummuşuq.
Təkliklərin sahilində
ömrümüzün gəmisini
fırtınalar qucaqında
qorumuşuq.
Bu tələsik yaşayışdan pay ummuşuq,
sevilməkdən dad ummuşuq.


0 Şərh

    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər