Ərəstu Mücərrəd. BOYALAR RƏQSİ

Tutuşur əski məzarların adsız baş daşı kimi gələn günlər, ağlımda. Anlam itir şüşə binaların örtülü pəncərələri arxasında və təpəli kəndlərin yanar yamaclarında saxsı kuzələrin ömrü boşuna ötür. Nə quyu, nə də ki su. Sönür bu yolların yalnız ulduzu da və qırmızı dənizin dalğaları susur. Kimə söykənəcək bu küləklər, indi ki itirilmiş tüfənglərin tətikləri çəkilməyəcək bir daha və atılmış sevgi yollar ayrıcında bölünəcək.
Tutuşur əski məzarların adlım meyitlərinin hayı başımda və dolur havaları yalın ayaqlarıma. Qaçımmı özümdən, yoxsa plyajların sevinc köpüyü püskürəcək sabahına, dayanımmı?!

Deyil, mən inanmamışam boyaların alovlu rəqs eləmədiklərinə, mən inanmamışam büllur səslərin endiklərinə. Sönərsə də yapayalnız ulduz və susarsa da qırmızı dalğalar, yenə qızaracaq batı uzaqları və tətiklər çəkiləcək şar topları havaya atılırkən sevinc partlayışında. Bax, plyajlar köpüklənir və boyalar rəqsə gəlir, görmürsən?!

Qaynaq (ərəb əlifbasında):
http://www.yenilik.blogfa.com/post-172.aspx

P.S. Bu yazı Sima Ənnağının istəyi nəzərə alınaraq, latın qrafikasına keçirilmişdir – M.M.



5 Şərh
  1. sima :

    minnetdaram
    men seslerin, sozlerin ve renglerin ecazina inandigim ucun bu yazini oxumaq isteyirdim

    bir bloqcu dostumuzun daim dediyi kimi, emeye hormet )))

    Sima


  2. salamlar masiaga muallim va
    salamlar arastu bay ganj şaeir dustlarimizin einkişaf etmalari bizim galajayimizi taamin edir man sizin siimanizda butun ganjlarimiza faxr ediram ylunuz ugurlu olsun


  3. sima :

    Hormetli Erestunun bloguma yazdigi sherhde size aid mesaj olduguna gore hemin sherhi bura yukleyirem
    ________

    səlamlar sima xanım ! siz təsadüfə bir baxınız ! görkəmli ustadımız məsiağa müəllimdə bu yazını sizə köçürmüşlər ! doğrusu həm sevindim həmdə utandım bir az ! axı məllim o qədər işlərilə əziz vaxtlarını buna ayırmışlar ! hər halda hər ikinizə dərindən minnətdarlığımı bildirirəm .
    hörmətli məsiağa muəllim ! qabağınızda baş əyirəm və verdiyiniz önəm və qiymətdən sevinirəm . onsuzda ədəbiyatımızın çox zəhmətləri sizinlədir . əlləriniz ağrımasın! hörmətli məsiağa ! mən təəssüflə hələdə sayın vebinizə şərh yaza bilmirəm , ümıd edirəm bu təriqlə sizə təşəkkürümü bildirə biləm ! əllərinizi sıxdım


  4. Çox sağ olun, Sima xanım...
    ____

    Əziz Ərəstu bəy! Güneydə yaranan ədəbiyyatımızın dəyərli nümayəndələrindən biri kimi siz hər cür diqqətə və sevgiyə layiqsiniz. Deyəsən, bir dəfə yazmışam, sizin şeirləriniz bir yana, "qısa nəsrlər"inizi çox bəyənirəm. Düşünürəm, bu yazıları ərəb əlifbasını bilməyənlərin də oxuması vacibdir. Əvvəllər Azeriblog-dakı səhifənizdə bu işi özünüz görürdünüz. Bloqunuz fəal olmadığından məmnuniyyətlə bu yazını çevirib yaydım. Əlbəttə, Sima xanımın bloqunuza yazdığı şərh buna yaxşı bir səbəb oldu - Sima xanım kimi diqqətli və zövqlü oxucunun "Boyalar rəqsi"ni oxumaq istəyi nəzərə alınmaya bilməzdi...
    Əziz Ərəstu bəy, sizə bir daha hörmət və məhəbbətimi bildirir, yeni yazıarınızı gözləyirəm...


  5. - :

    First I want to congratulate you for this amazing blog!
    We Are Pleased To Announce The Launch Of Movies Gallery 09, Mobile Movies in 3gp format, Reality show, Upcoming Movies 09 Trailer, About Dubai,Real Estate, Tips Of Career And Many More. . .

    To start just go to http://tips-health.blogspot.com/

    We hope you like it. Please send us any feedback on the movies and help us improve the sites further.


    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər