KÖHNƏ BİR HEKAYƏT

Bəlx şəhərinə yolu düşən bir müsafir görür ki, camaat diri bir kişini tabuta qoyub qəbiristanlığa tərəf aparır, o biçarə də hey qışqırıb-bağırır, Allahı və peyğəmbəri şahid çağırır, and-aman eləyir ki, “vallah, billah, mən diriyəm, siz necə məni torpağa tapşırmaq istəyirsiniz?!”
Amma tabutun arxasınca gedən bir neçə molla ona əhəmiyyət vermədən camaata üz tutub deyir: “Məlun köpəyoğlu yalan danışır, ölüb!”

Heyrətdən quruyub qalmış müsafir nə baş verdiyini soruşur. Ona deyirlər: “Bu kişi varlı bir tacirdir, varisi də yoxdur. Bir müddət əvvəl səfərdə olduğu zaman dörd nəfər Bəlx qazısının hüzurunda onun ölümünə şəhadət verdi, qazı da bunu təsdiq elədi. Sonra şəhərin mötəbər adamlarından biri onun arvadını aldı, başqa birisi də mal-dövlətinə sahib çıxdı. İndi bu kişi öləndən sonra qayıdıb diri olduğunu iddia edir. Amma dörd nəfər mömin və ədalətli şəxsin şahidliyi qarşısında bir nəfər fırıldaqçının iddiası eşidilə və qəbul oluna bilməz. Ona görə də qazının hökmünə əsasən onu qəbiristanlığa aparırıq, çünki meyiti dəfn eləmək vacibdir və cənazəni saxlamaq şəriətə görə caiz deyil!”

Əhməd Şamlunun tərtib etdiyi “Küçə kitabı”ndan


Çevirəni: Məsiağa Məhəmmədi



8 Şərh
  1. salamlar masiaga muallim nejada çoxdur bela ulular bu gisa nagil çoxlarina ebrat darsi verir
    sag olun gardaş


  2. Mövlana Şərəfəddin Damğani bir caminin önünden keçirdi. Gördü ki, caminin xidmətçisi bir köpəyi caminin dəhlizində ağacla döyür və köpək hər ağac dəydiyində yüksək səslə bağrırır. Mövlana caminin qapısını açdı və köpək mərikədən qaçdı. Caminin xidmətçisi Mövalanaya qızmağa başladı.
    Mövlana dedi: Ey dost! bağişla ki, köpəyin ağlı yoxdur. Ancaq bizim ağlimiz var, bizi bir kərə də olsun camide gördün mü?
    (Lətaif-e Obid Zakani, Çape Tehran, s 119 ve 124)


  3. Salam, Bəxtiyar müəllim.
    Doğrudan da, ibrətamizdir...
    ___
    Güntay bəy, xoş gördük.
    Maraqlı əlavəniz üçün təşəkkürlər...


  4. Məsiağa müəllim, əlinizə sağlıq.
    Çox xoş oldu.



  5. Aynur :

    Selamlar.
    mesjınız için çok teşekkür ederim. e postanızı bilmediğimden buraya yazıyorum. Çok üzüldüm başınız sağolsun.Hayat malesef bu acılarla dolu.Sevdiklerimizi kaybetmek nne büyük bir imtihan.Allah geride kalanlara sabır versin.


  6. Sağ olun, əziz Aynur xanım.
    Tanrı sizi qorusun...


  7. P.S. Aynur xanım, e-mail adresimi profilimdə tapa bilərsiniz...


    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər