Müasir ədəbiyyatın xəstəlik keçirməsi aşkar bir sirrdir. Bu sirr hər yerdə özünü göstərir və tez-tez dilə gətirilir. Mən "xəstəlik" sözünə "tənəzzül" istilahı ilə müqayisədə üstünlük verirəm, çünki fikrimcə, bu, ötəri halsızlıq məsələsidir. Bu xəstəliyin səbəblərini araşdırmaq çətin bir işdir, amma müəyyən oxşarlıqları olan xəstəlik və tənəzzülün iyirminci əsrin son günlərində mədəniyyətimizi iflic vəziyyətinə sala biləcəyini nəzərə alsaq, cəsarət göstərib bu işə girişməyə dəyər. Biz tarixi bir dövrdə yaşayırıq. Mən bizə əzab verən halsızlıq və xəstəliyin bəzi əlamətlərindən qısaca söhbət açacağam.
Hər gün üzücü bir gerçəklik barədə jurnalistlərin xəbər, məqalə və məlumatlarını oxuyuruq: təhsil inkişaf etdikcə və savadsızlığın kökü kəsildikcə, müasir kütlələrin oxumağa meyli azalır. İkrahdan çox da fərqlənməyən bu etinasızlıq ilk növbədə bizim nə üçünsə "ciddi ədəbiyyat" adlandırdığımız şeyə təsir göstərir - guya Aristofan, Bokkaçço, Rable yaxud Svift "ciddi" yazıçılar olmuşlar. Çox zaman ayrı-ayrı ədəbi janrların tənəzzülü barədə proqnozlar və çıxış yolunu göstərən təkliflər oxuyuruq. Tənəzzülə uğrayan janr gah roman olur, gah hekayə, gah teatr və həmişə də poeziya.
Poeziyanı qeyri-müasir və zəmanə ilə ayaqlaşmayan bir anlayış kimi pisləyirlər. Qəribə hökmdür. Görəsən, öz-özlərini seçmiş bu hakimlər düşünürlərmi ki, Rilke və Valeri, Montale və Neruda olmasaydı, XX əsrin ədəbiyyatı necə olardı?! Elələri də var ki, həqiqətən yeni əsərlərin qıtlıq və azlığını taqətsizliklə izah edirlər: deyirlər ki, bütün o ənənəni dağıtmaqdan və novatorluqdan, bütün o estetik inqilablardan, ədəbiyyat anlayışının özünü sual altına alan bütün o şeirlər və romanlardan sonra, bu, təbii bir duruxmadır. Nəfəsi dərmək üçün bir qədər dayanmaq lazımdır. Bəziləri də hökumətləri, televiziyanı, iri maliyyə şirkətlərini və transmilli kompaniyaları günahlandırırlar, çünki onlar Roma sirkləri və Bizans dövrü məzhəkələrinin müasir analoqu olan şou və melodramları saxta "kütləvi mədəniyyət" adı altında insanlara sırıyırlar.
Bu tənqidlərin əksəriyyəti haqlıdır, amma etiraf edim ki, başa düşmürəm, bu tənqidçilərin mühakimə etdikləri "şeytanlar"a müasir cəmiyyət bütövlükdə islah olunmadan necə əlac tapılacaq?! Axı bu "şər qüvvələr" bizim mədəniyyətin özünün mahiyyətindən doğur. Əlbəttə, biz müəyyən şeyləri bir təhər islah edə bilmişik, məsələn, məktəb və universitetlərdə hümanitar elmlərin və ədəbiyyatın tədrisi və tədqiqini təkmilləşdirmişik. Bu gün "mədəniyyət" pərdəsi altında həyata keçirilən həyasız siyasi və kommersiya fırıldaqları ilə daha fəal mübarizəyə girişmişik. Bütün bünlar az iş olmasa da, kifayət də deyil.
Göstərilən tənqidlər içərisində elələri var ki, yazıçıların əksəriyyətinin bizim yaxşı mənada "çətin" və ya bir qədər rəsmi dillə desək, "elitar" adlandırdığımız əsərlərini çap etmək üçün naşir axtardıqları zaman üzləşdikləri problemlərə toxunur. Çap sənəti meydana çıxandan bəri yazıçı və naşir arasındakı münasibətlər mürəkkəb, eyni zamanda labüd bir şey olub. Onlar daim bir-birindən şikayət etsələr də, heç biri digərisiz keçinə bilmir. Kitab nəşrində hökmranlıq edən məntiq bazar məntiqidir və əlavə edək ki, bu məntiqi mexaniki və süni şəkildə kitabın yazılışı, nəşri, satışı və oxunmasından ibarət incə və mürəkkəb bir prosesə müncər etmək olmaz. Ədəbiyyat bazara etinasızlıqdan başqa bir şey deyil və ayrı cür ola da bilməz. Həmin etinasızlıq bu gün bütün dövrlərdə olduğundan daha güclüdür və bu üsyan XX əsr ədəbiyyat tarixinin tərkib hissəsidir. Şübhəsiz, naşirsiz ədəbiyyat ola bilməz, amma yalnız statistika və hesablamalar ədəbi əsərin dəyərinin göstəricisi deyil - Mallarmenin əsərlərini Zolyanın əsərlərindən qiymətsiz və dəyərsiz saymaq olmaz.
Bazar məntiqi naşirləri öz istehsalını artırmağa vadar edir. Bu məntiq onlardan ədəbi əsərləri vahid formaya salmağı tələb edir. Naşirlərin ən çox istədiyi şey hər bir kitabın ən yüksək tirajla çap olunması və hər bir yeni kitabın eyni zamanda köhnələrə oxşamasıdır. "Yaxşı gedən" kitabların sirri bundandır ki, yeni əsər kimi təqdim olunsalar da, yalnız zahirən digər əsərlərdən fərqlənirlər. "Yaxşı gedən" kitab əslində yeni və orijinal əsər deyil, o, cəmiyyətdə hakim olan zövqə, ən son dəbə və maraqlara "stavka"dan ibarətdir - dişləri çəkilmiş və əl-qolu bağlanmış təhlükəsiz bir yenilikdir.
İnanıram ki, bu reallıq qarşısında yeganə "dərman" zövq və maraqların müxtəlifliyinə, rəngarəngliyinə səy göstərməkdən ibarətdir. Yaxud bir qədər elmi terminologiya ilə desək, "dərman" bazarın çeşidini artırmaqdadır. Əgər yalnız maliyyə baxımından uğur qazanmaq deyil, həm də ədəbiyyatı onun başı üstünü almış donuqluq təhlükəsindən xilas etmək istəyiriksə, onda gərək azlıqda olan oxucuların mövcudluğunu rəsmi şəkildə tanıyaq və onları həvəsləndirək. Ədəbiyyatın zənginliyinin sirri və mən cəsarət edib deyə bilərəm ki, mədəniyyətimizin srri məhz bu azlıqlarda gizlənmişdir. Mənim indi təklif etdiyim "dərman" yeni dövr naşirlərinin böyük ənənəsinə - XVIII əsr naşirlərinin ənənəsinə qayıdışı nəzərdə tutur. Yaddan çıxarmaq olmaz ki, biz öz ədəbiyyatımızın mövcudluğu üçün yalnız şair və nasirlərin düha və istedadına deyil, həm də cəsur və ağıllı naşirlərə borcluyuq. Onlar riskə gedərək son dərəcə qeyri-adi və çox vaxt hakim dəyərlərə, əksəriyyətin zövq və mənəviyyatına, kilsəyə və hökumət orqanlarına zidd olan əsərləri çap etmişlər. Xoşbəxtlikdən bu ənənən hələ də durur və yaşayır. Əgər bu gün bizi bürüyən kütbeyinlik dalğası hələ bizi tam qərq edə bilməyibsə, bundan ötrü biz həmin ənənənin mövcudluğuna borcluyuq. Bu ənənə indi təbliğatın hücum və hədələri ilə, böyük birliklərlə, əyləncə istehsalı sənayesi ilə, rabitə ilə, pul və etinasızlıqla, yeri gələndə əlbir olan hökumətlərlə qarşı-qarşıya dayanıb. Bizim belə naşirlərin daha çox olmasına ehtiyacımız var: cəsarətli, ədəbiyyatı sevən və riskə getməyə hazır olan.
Bu sahədə yazıçıların əməkdaşlığının həyati əhəmiyyət kəsb etdiyini deməsəm, riyakarlığa və səhvə yol vermiş olaram. Bizim XX əsrin böyük ədəbiyyatı ənənələrinin dirçəldilməsinə ehtiyacımız var, təkrarına yox! Onları davam və inkişaf etdirməyə ehtiyacımız var. Mən bizim bilavasitə sələflərimizin ədəbi kəşflərindən və ya onların yaratdığı yeni formalardan danışmıram; yaxşıca görülmüş bir işin təkrarının nə mənası və nə məqsədi ola bilər?! Mən onların əsas qayələrinə qayıdışı zəruri sayıram. Onların əsas qayəsi cılız və konyunktur ədəbiyyat yaratmaq olmayıb, əksinə, onlar tənqidi, döyüşkən və çox zaman olduqca mürəkkəb və çətin anlaşılan ədəbiyyat yaratmağa çalışıblar. Yeni dövrün klassik əsərləri oxucuların zövqünü oxşamağa, onların düşüncə və mənəviyyatını təmin etməyə yönəlməyib və oxucuda arxayınlıq yaratmaq, ona rahatlıq gətirmək məqsədi daşımayıb, əksinə, oxucunu məyus etmək, həyəcanlandırmaq və ayıltmaq istəyində olub. Bu əsərləri yazanlar tərk edilmək və tənha qalmaqdan əsla qorxmayıblar və heç vaxt ağına-bozuna baxmadan "müvəfəqiyyət pərisi"nin dalınca qaçmayıblar. Yazıçılıq peşəsi onlar üçün naməlum bir aləmə səyahətdən və dilin ən dərin qatlarına baş vurmaqdan ibarət idi. Ustadlıq məharətinə aparan bu yol fasilələri və əzablı zəhməti ehtiva edirdi. Buna görə onların əsərləri duruş gətirir və yaşayır. Biz çağdaş yazıçılar gərək bir daha müasir ədəbiyyatın başlandığı müqəddəs sözü öyrənək. Bir hecalı "Yox" sözünü! Mən daim bu poeziyaya inanmışam - qorxu və faciədən başlanıb nəhayətdə varlığın təntənəsi ilə bitən ən acı poeziyaya!
Sözün ən uca missiyası varlığın tərənnümüdür. Lakin bundan əvvəl "Yox" deməyi öyrənməliyik. Yalnız bu yolla öz dəyərimizi təsdiq edə və günlərin bir günü həyatın hər səhər sübhü salamladığı böyük "Hə!" sözünü dilimizə gətirə bilərik.
Çevirəni: Məsiağa Məhəmmədi

Şərh yaz