Xacu Kirmani (1290-1352) fars ədəbiyyatı tarixinə yalnız böyük qəzəl ustadı kimi deyil, həm də dahi Azərbaycan şairi Nizami Gəncəvi ənənələri axarında yazılmış maraqlı və orijinal məsnəvilər müəllifi kimi daxil olmuşdur. Təxminən on üç il ərzində Xacu bir-birinin ardınca "Humay və Humayun", "Gül və Novruz", "Rövzətül-ənvar", "Kamalnamə" və «Gövhərnamə» adlı beş məsnəvi yazmışdır ki, bunlar şairin "Xəmsə"sini təşkil edir. Təəssüf ki, Xacunun məsnəviləri indiyə qədər dünya şərqşünaslığında ətraflı tədqiq olunmamışdır. Halbuki belə bir tədqiqat Nizami ədəbi məktəbinin tarixi inkişaf xüsusiyyətlərini daha dərindən başa düşməyə və təbii ki, Xacunun bədii irsini layiqincə qiymətləndirməyə şərait yaradardı.
Xacunun əsərləri ilə hətta səthi tanışlıq zamanı belə bir mühüm cəhət diqqəti cəlb edir ki, Nizaminin bir çox davamçılarından fərqli olaraq, Xacu Kirmani öz məsnəvilərində Nizaminin mövzu və süjetlərini deyil, onun başlıca yaradıcılıq prinsiplərini, bədii ifadə tərzini inkişaf etdirməyə çalışmışdır. Qeyd etmək lazımdır ki, bu xüsusiyyət daha çox Nizaminin XVI əsrdən sonrakı davamçılarının yaradıcılığı üçün səciyyəvidir. Məhz bu baxımdan Xacunun məsnəviləri öz dövrü üçün nadir və maraqlı hadisədir və onların araşdırılmasının elmi əhəmiyyəti də bununla şərtlənmişdir.
Göstərilən xüsusiyyəti əyani şəkildə nümayiş etdirmək üçün Xacunun "Gül və Novruz" əsərini Nizaminin "Xosrov və Şirin"i ilə müqayisəli təhlilə cəlb etmək kifayətdir.
"Gül və Novruz" əsərini Xacu 1341-ci ildə Nizaminin "Xosrov və Şirin" poemasına nəzirə kimi yazmışdır. Əsərdə Xorasan şahzadəsi Novruzun Rum (Bizans) hökmdarının qızı Gülə olan məhəbbətindən bəhs olunur. Beləliklə, Xacu tamamilə yeni bir süjetə müraciət etmiş, yalnız aşiqanə məzmunu və prototipin vəznini (hər iki əsər həzəc bəhrində yazılmışdır) saxlamışdır.
Əsərin əvvəlində Xacu süjeti hind dilində yazılmış qədim bir dastandan götürdüyünü qeyd edir. Maraqlıdır ki, şair materialı öz yaradıcılıq vəzifəsinə müvafiq şəkildə yenidən işləsə də, "Gül və Novruz" məsnəvisində qədim hind eposuna xas olan cəhətlər (xüsusən struktur baxımından) aydın müşahidə olunur. Digər tərəfdən, süjetin folklor mənşəyi də şübhə doğurmur və təhkiyədə özünü bütün qabarıqlığı ilə göstərir. "Xosrov və Şirin"in əsasında isə məlum tarixi süjet dayanır və bu (eləcə də həmin süjetin artıq Firdovsi tərəfindən işlənməsi) Nizamini yaradıcılıq fərdiyyətinin ifadəsini başqa bədii komponentlərin üzərinə keçirməyə vadar edir. İki əsər arasındakı bir çox məzmun və forma fərqləri məhz bu vəziyyətdən irəli gəlir. Bunlardan ən başlıcası odur ki, Nizamini ilk növbədə obrazların psixoloji aləmi, mənəvi təkamülü maraqlandırdığı halda, Xacu əsas diqqəti süjetin cəlbediciliyinə və tərəfdarı olduğu fəlsəfi-etik baxışların illüstrativ ifadəsinə verir.
"Gül və Novruz" əsərinin "Xosrov və Şirin"dən tam fərqli süjet əsasında yazılmasına baxmayaraq, iki əsər arasında bir sıra paralellər tapmaq mümkündür. Məsələn, hər iki əsərdə qəh¬rəmanlar sevdikləri qıza görmədən aşiq olurlar. Xosrov Şirinə rəssam Şapurun söhbəti nəticəsində vurulur. Eyni ilə Novruz ov zamanı rast gəldiyi Kəşmir şahzadəsi Cahanəfruzun təsviri əsasında Gülə aşiq olur. Bundan sonra hər iki qəhrəman sevgilisinə qovuşmaq üçün qürbətə uz tutur və müxtəlif maneələrlə rastlaşır. Lakin bu maneələr Nizaminin və Xacunun əsərlərində bir-birindən xeyli fərqlənir. Novruzun qarşılaşdığı maneələr sırf xarici amillərin doğurduğu maneələrdir və onlar Novruzun mənəvi simasında heç bir təbəddülata səbəb olmur. Yəni əsərin əvvəlində Novruz necə təqdim olunursa, əsərin sonunda da onu elə görürük. Xosrovun rastlaşdığı maneələr isə çox vaxt onun özünün xarakterindən doğur və məqsədinə çatana qədər Xosrov ciddi daxili təkamülə məruz qalır. Bu mənada Xosrov əsl roman qəhrəmanıdır, Novruz isə daha çox qəhrəmanlıq eposu surətlərini xatırladır.
Qeyd edək ki, bu cəhətdən Gül və Şirin arasında da mühüm fərq vardır. Şirin öz fəal mövqeyi və hərəkətləri ilə Xosrovun mənəvi inkişafında ciddi rol oynayır, Gül isə hadisələrin gedi¬şinə, demək olar ki, heç bir müdaxilə etmir.
Şirinə qovuşmaq yolunda Xosrov Fərhad kimi əyilməz bir rəqiblə qarşılaşır, Novruz da Gülü sevən Şam hökmdarı Fərruxruz ilə mübarizə aparmalı olur. Lakin iki əsərdə rəqiblərin xarakteri və mübarizənin formaları bir-birindən xeyli fərqlənir. Yeri gəlmişkən deyək ki, "Gül və Novruz"dakı bir sıra işarələrdən Xacunu Xosrov-Şirin xəttindən daha çox, Fərhad-Şirin xəttinin cəlb etməsi aydınlaşır. Bu isə, görünür, Xacunun sufi görüşləri ilə əlaqədardır. Belə ki, Fərhadın ülvi və fədakar eşqi təsəvvüf ruhunda şərhə, şübhəsiz, daha çox uyğun gəlirdi.
"Gül və Novruz"da çalğıçı Şahnazın Novruzun dilindən nəğmə oxuması "Xosrov və Şirin"də Barbəd və Nəkisanın nəğmə oxumalarını xatırladır. Yaxud əsərin sonunda Novruzun Daneşəfruz adlı keşişə fəlsəfi-dini suallarla müraciət edib cavablar alması Xosrovun Büzürgümiddən hikmət öyrənməsini yada salır.
"Gül və Novruz"u struktur etibarilə "Xosrov və Şirin"dən fərqləndirən mühüm cəhətlərdən biri onda əsas süjetlə bağlı olmayan çoxlu xırda hekayətlərin mövcudluğudur ki, bu da əsərə haşiyəli povest səciyyəsi verir. Didaktik məzmunlu bu hekayətlərin bir çoxu şairin sufi görüşlərinin ifadəsinə xidmət edir. Bəzi hekayətlərin illüstrativ məqsədlə əsərə daxil edilməsi daha qabarıq hiss olunur, onlarda sufi obrazları və simvollarına rast gəlinir (məsələn, "Mehr və Mehran", "Kamal və Camal" hekayətləri).
Nəhayət, "Gül və Novruz"da mifik elementlərin güclü olmasını qeyd etmək lazımdır. Novruzun doqquzbaşlı əjdəha ilə döyüşü, cadugərin Gülü gecə ikən aparması və Novruzun tilsimi qıraraq onu xilas etməsi və başqa epizodlar buna parlaq misaldır. Bu cür səhnələrə "Xosrov və Şirin"də qətiyyən rast gəlmirik.
Ümumiyyətlə, "Gül və Novruz"da Nizaminin təsiri ilə yanaşı, bir tərəfdən farsdilli qəhrəmanlıq eposunun (ilk növbədə, "Şahnamə"nin), digər tərəfdən isə sufi eposunun (Sənai, Əttar və müəyyən dərəcədə Rumi yaradıcılığının) təsiri açıq-aşkar özünü göstərir. Bununla belə əsərin sonunda Xacu yalnız Nizamini öz ustadı kimi yad edərək yazır:
نبيند نظم در شيرين کلامي
چو خواجو هيچ شاگرد نظامي
(Şeir heç zaman Nizaminin Xacu kimi şirin sözlü şagirdini görməyəcək).
Həqiqətən də, Xacu Kirmani böyük sələfinin poetik ənənələrinə yaradıcı və orijinal münasibəti sayəsində Nizami ədəbi məktəbində mühüm yer turur.
ƏDƏBİYYAT:
1. Xəmseyi-Xacu Kirmani. Be təshihi-Səidə Niyaz Kirmani. Kirman,1370.
2. Nizami Gəncəvi. Xosrov və Şirin. Elmi-tənqidi mətn. Bakı, 1960.
3. Qulamhüseyn Beqdeli. Şərq ədəbiyyatında «Xosrov və Şirin» mövzusu. Bakı, 1970.
4. Г.Ю.Алиев. Легенда о Хосрове и Ширин в литературах народов Востока. М., 1960
5. Е.М.Мелетинский. Средневековый роман. М., 1983.
6. М.Д.Кязимов. Последователи Низами. Баку, 1991.

Şərh yaz