Güntay Gəncalp. SAİB TƏBRİZİYƏ NƏZİRƏ

“YOLDAŞ OLDUR KİM, QARAA GÜNLƏRDƏ
YOLDAN ÇIXMASIN”


Ol uzaqlıqlardakı min türlü gizlər səslənir,
Yaş keçir, könlümdə ancaq türlü sirlər bəslənir,
Bu dağılmış hisslərim məndən qaçıb hər kəslənir,
Mən dilərdim könlüm əsla ayrılıqdan bıxmasın,
“Yoldaş oldur kim, qaraa günlərdə yoldan çıxmasın”.

Gər vəfasızlıq kimin zaatında varsa, bilmiş ol,
Yolda yoldaşlıq əsasın bilməz əsla, bilmiş ol,
Ya sakın, ya sən vəfa göstərgəsin göstərmiş ol,
Bir nəcabətsiz səni yoldaşlığında yıxmasın,
“Yoldaş oldur kim, qaraa günlərdə yoldan çıxmasın”.

Etibarsızlar üçün göstərmiş olsan da vəfa,
Bilmiş ol kim zaatı çirkinlər edərlər çox cəfa,
Düşlərin viran olar, istəklərin bulmaz səfa,
Möhkəm ol kim bu çətinliklər səni heç sıxmasın,
“Yoldaş oldur kim, qaraa günlərdə yoldan çıxmasın”.

0 Şərh

    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər