MARKES DEYİR Kİ...

● 15 yaşımda öyrəndim ki, hər şeyi hamıdan yaxşı analar bilir, bəzən də atalar.
● 20 yaşımda anladım ki, əyri işin faydası yoxdur, lap ustalıqla yerinə yetirilsə belə.
● 25 yaşımda bildim ki, çağa ananı səkkiz saatlıq gündüzdən, atanı da səkkiz saatlıq gecədən məhrum edir.
● 30 yaşımda başa düşdüm ki, kişinin cazibəsi gücündə, qadının gücü isə cazibəsindədir.
● 35 yaşımda anladım ki, gələcək – insana irsən ötürülən bir şey deyil, özünün yaratdığı bir şeydir.
● 40 yaşımda öyrəndim ki, xoşbəxt yaşamağın sirri sevdiyin işlə məşğul olmaqda deyil, məşğul olduğun işi sevməkdədir.

● 45 yaşımda anladım ki, insan həyatının 10 faizi başına gələnlərdən, 90 faizi isə onlara verdiyi reaksiyalardan ibarətdir.
● 50 yaşımda bildim ki, kitab – insanın ən yaxşı dostu, kor-koranə təqlid isə ən pis düşmənidir.
● 55 yaşımda anladım ki, kiçik qərarları beyinlə qəbul etmək lazımdır, böyük qərarları isə ürəklə.
● 60 yaşımda başa düşdüm ki, sevgisiz fədakarlıq etmək olar, amma fədakarlıqsız sevmək əsla mümkün deyil.
● 65 yaşımda bildim ki, insan uzun ömürdən ləzzət ala bilmək üçün lazım olanı yeyəndən sonra istədiyini də yeməlidir.
● 70 yaşımda öyrəndim ki, həyatda əsas məsələ əlində yaxşı kartların olması deyil, pis kartlarla yaxşı oynamağı bacarmaqdır.
● 75 yaşımda bildim ki, insan özünü yetkin saymadıqca kamilləşməkdə davam edir, özünü yetkin zənn edən anda isə bəlaya düçar olur.
● 80 yaşımda anladım ki, sevmək və sevilmək dünyada ən böyük ləzzətdir.
● 85 yaşımda başa düşdüm ki, həyat, doğrudan da, gözəldir.

Tərcümə: Məsiağa Məhəmmədi


2 Şərh
  1. Mahammad Muradov :

    Mesiaqa Muellim, bu yazida heyatima yon verecek hikmetli sozler yer var, Markesi ana dilimizde danishdirdiqiniza gore size urekden teshekkur edirem!!



    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər