Güntay Gəncalp. SAİB TƏBRİZİYƏ NƏZİRƏ (2)

“KEÇMƏ YOLDAŞDAN XIZIR TƏK ÇEŞMEYI-HEYVAN ÜÇÜN”

Bir ulu niyyət üçün əzm eyləyib düşdüm yola,
Gah sağa meyl eylədim, gah bilmədim, vardım sola,
Yolçuluq eşqindən əsla çəkmədim əl, hər nola
Canı sevmək yaxşıdır, çox yaxşıdır, canan üçün
“Keçmə yoldaşdan Xızır tək çeşmeyi-heyvan üçün”.

Duyğular köksümdə hər an durmadan həp çağladı,
Çağlayışlar çox uğurlar, mutluluqlar sağladı,
Haqq özümsəndikcə batil tam kökündən laxladı,
Yer də, göy də, kəhkəşan da fırlanır insan üçün,
“Keçmə yoldaşdan Xızır tək çeşmeyi-heyvan üçün”.


Sarmaşıqlar tək dolandım boynuna dildaarımın,
“Doğruyam eşqində ox tək”1 mən gül üzlü yaarımın,
Ey ki, dersin çox dərindir ölçüsü əfkaarımın,
“Yoldaş oldur”2 uymasın heç, gərdişi-dövran üçün,
“Keçmə yoldaşdan Xızır tək çeşmeyi-heyvan üçün”.

30.04.2009
Səhər saat 4.00
____________
1. Nəsimidən yarım misra. Tam olaraq belədir:
Doğruyam eşqində ox tək, kipriyin tanıq durur,
Qəddimi neyçün kəmaan etmək dilərsin, etməgil.
2. Saibin yarım misrası. Tam olaraq belədir:
Yoldaş oldur kim, qaraa günlərdə yoldan çıxmasın.




0 Şərh

    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər