
Min kəz dedim ey dilbər, az nuuş elə peymanə!
Bu şəhrdə mən bir kəs, uslu1 görəməz oldum,
Hər kəs digərindən bərk, çılğındı və divaanə.
Gəl-gəl bu örənlikdə2, can ləzzətini görgil,
Can xoş ola bilməz ki, bisöhbəti-canaanə.
Hər kuuçədə bir çılğın, hər guuşədə bir sərxoş,
Əldə tutuyor saqi, bir sağəri-şahaanə.
Sən vəqfi-xərabat ol, dəxlin meyü xərcin mey,
Aağıllılara vermə, bundan biricik daanə.
Evdən dışarı vardım, bir sərxoşa tuuş oldum,
Gördüm də baxışlarda, yüz gülşənü kaşanə.
Sordum: “nərədənsin sən?”, rişxəndilə söyləndi:
“Yaarım ulu Türküstan, yaarım da ki, Fərqaanə”.
Sən gəl mənə yoldaaş ol, mən həm sənə, ey dilbər,
Söyləndi ki, mən bilməm, öz kimdi və biganə.
Şəms-ül həqi-Təbriz sən, gizlənmə bu millətdən,
Madaam ki, salmışsan, yüz fitnəvü fəttaanə.
Tərcümə etdi: GÜNTAY GƏNCALP
___________
1.Uslu - ağıllı
2.Örənlik – xərabəzar
Şərh yaz