İKİ ŞAİR, İKİ ŞEİR

Seyid Cavad Əbuturabi. NİYƏ GƏLİRSƏN?!

Eşitdim gəlirsən yoxlamağıma,
Bu soyuq ocağa niyə gəlirsən?!
Gəlmə, gəlməyinə razı deyiləm,
Yoxu yoxlamağa niyə gəlirsən?!

Bənzərəm dənizdə sınıq beləmə,
Düşmüşəm girdaba, batmışam qəmə.
Arzumun əkini gedib vəğəmə,
Batmışam alağa, niyə gəlirsən?!

Uca dağdan dımırlanan daş kimi,
Qara gözdən yerə süzən yaş kimi,
Başından sallanan uzun saç kimi,
Düşmüşəm ayağa niyə gəlirsən?!

Obası dağılan yiyəsiz dağam,
Ceyranı ovlanan ovsuz ovlağam,
Gözəsi quruyan susuz bulağam,
Qurumuş bulağa niyə gəlirsən?!

Dilim qıfıllıdır, dodağım dağlı,
Qollarım cidarlı, qıçım badağlı,
Pozulan bağlar tək qapısı bağlı,
Pozulan bir bağa niyə gəlirsən?!

Ağacda çürüyən sınıq budağam,
Eldən alahıyam, yardan uzağam,
Başmağı cütlənmiş gedər qonağam,
Qonaq bir qonağa niyə gəlirsən?!

Dünən tanış idim, bu günü yadam,
Boyaq kimi yaddan çıxan bir adam,
Savalan şairi, qoca Cavadam,
Bayağam, bayağa niyə gəlirsən?!


Yusifəli Güldəstə (Qoca). ALLAH!

Min bir dərdi şələlədim,
Cınağıma çatdım, Allah!
Vətən boyda bir nisgili,
Öz sevgimə qatdım, Allah!

Susadılar al qanıma,
Çatlar düşdü dabanıma,
Daş atdılar ünvanıma
Başı qalxan tutdum, Allah!

Bu yaşamsa, ölüm nədi?
Qeyrət dişim dil çeynədi.
Yaladım, yaram göynədi,
Qara qanlar uddum, Allah!

Yuyulmadım sellər ilə,
Əyilmədim yellər ilə,
Namərd dostun əllərilə
Böhtanlara batdım, Allah!

Qoca tək doldum günaha,
Taleyimdən sındım daha,
Bu dünyanı ucuz-baha,
Bir manata satdım, Allah!




Qaynaq (ərəb əlifbasında):

http://javad-abootorabi.blogfa.com/

http://golargoja.blogfa.com/







8 Şərh
  1. salamlar masiaga muallim dustlarin şerlarini bu qozal duşarqanizda nemayş etdirirsiniz siza CAVAD baya.va gujamiza eşg olsun


  2. Təşəkkürlər, Bəxtiyar müəllim...
    Tanrı sizə yar olsun, özünüz demiş...


  3. selam size ok guzel surprizim var.
    tsk ederim ziyaretinize.
    siirlerinizi okuyordum.cok ama cok guzel bende size selam ve sevgilerimi gonderiyorumm.
    dostca ve sevgiyle kalin.
    shanell


  4. Təşəkkür edirəm, əziz Şanel xanım.
    Hər şey könlünüzcə olsun...


  5. Dear friend,

    Sana ve butun azerbaycanli dostlarimiza bir video ekledim. Bir kizimiz sarki solemis. Cok guzel. Sevgile kal...


  6. Çox sağ olun, əziz Şanel xanım...
    Doğrudan da, gözəldir.
    Bu hədiyyəniz üçün sizə ürəkdən təşəkkür edir, bir daha sevgi və sayğılarımı bildirirəm...


  7. goca :

    salmlar masiaga muallim.
    manim .allah. şerimi layig bilib oz saytinizda yaydiginiz eçin siza oz darin taşakkurumu bildirib va başga guzal va dayarli butun matryallarindan ournak olarag faydalanib siza can sagligi arzilayram.


  8. Salamlar, əziz Qoca. Siz sağ olun belə gözəl şeirlərə görə...


    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər