Hümmət Şahbazi. KÜSKÜN HƏYAT

Hey şair!
Həyat fikrindəmisən?!
Həyatın buz bağlayan
və küskün çağında.
İnancımın qaşqabaqlı heybətindən
heç bilmirəm
“haradan asım
cırıq-cırıq paltarımı”
Kimdi
çürümüş günəş qalasına hakim?
Pismırıtlı buludlar,
qanadsız quşlarmı?

Qorxaq
və axsaq yaşamışam
insan adında mən
Göyün qamçısı altında
və ölumumdə mutluluq tapmışam .
Gecə gündüz
bölməyəcək özlərini ;
Gecə gecədir,
gündüz də elə gündüz.
Buludlar
ən güclü heykəl
göyün şaqqıltısı tək.
Meşələr
gücsüz
və çılpaq ağaclar tək.
Gah günəş boylanır
gahdan da gecə;
və biz
közərən həsrət də olsaq
yer üzündə gəzirik əlacsız
və qəbirsiz
solğun çiçək tək.
Bu dustağın qıfılları cücərəcək
cücərəcək
cücərəcəkmi?
Qıfıllarının deşiyi
tutulacaq
tutulacaq
tutulacaqmı?
Yabancılıq qəzəbilə yaşayaqmı?
Uçuş zirvəsində
oxuyan bir quş yox.


1 Şərh
  1. salamlar hummat bay quzal yazilarinla yaşa gardaş goy yazilarin ag qoyarçin kimi zirvalara ganad açsin


    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər