Hafiz Şirazi. QƏM YEMƏ!

Yusifi bir gün görər bağrında Kən´an qəm yemə!
Hüzn evi ən son olar tam bir gülüstan qəm yemə!

Dərdə batmış könlüm, heç əndişələnmə, bilmiş ol,
Buu düzənsizlik tapar bir nəzmi-asan qəm yemə!

Ömr yaazı gəldiyində gül-çiçəkdən bir çələng,
Baaşına hörümüş olarsan mürği-xoşxan qəm yemə!

Gər bizim istək yolunda sürmədi çərxi-fələk,
Hər zaman bir yöndə getməz çərxi-dövran qəm yemə!

Gəl umudsuz olma, çün vaqif deyilsən qeybdən,
Pərdə arxaasında vardır sirri-pünhan qəm yemə!

Kə´bə eşqilə biyabanlarda sən düşsən yola,
İncidərsə caanını xari-müğilan qəm yemə!

Ey könül, sellər sökərsə varlığın ərkanını,
Rəhbərin Nuhdursa, tüğyan etsə tuufan qəm yemə

Yar yolunda biz rəqiblərdən nələr çəkdik, nələr,
Həpsini yaxşıı bilir ol hali-gərdan qəm yemə.

Gərçi mənzil çox xətərli, məqsəd olmuş çox uzaq,
Bilmiş ol kim, hər yol iiçin vardı paayan qəm yemə!

Sərt qaranlıqlarda, fəqr iiçində ömrün keçsə də,
Hafizaa, virdin sənin olmuşsa Quran qəm yemə!


Tərcümə etdi: GÜNTAY GƏNCALP



1 Şərh
  1. İrfan kültüründə "xərabati" nə deməkdir?
    İrfanda "xərabati" insanın özünü saxta görüntülərdən qurtarması, onları "xərab" etməsi, viran etməsidir. İrfanda belə bir qural var: Şarab bardağında su için ki, camaat sizi çox da "böyük" adam görməsin. Şarab içmirsən toplum içində sənə saxta bir hörmət yaranırsa, o hörməti "xərab" et. Hər kəsdən biri kimi kimi görün. Bu üzdən də "xərabatilər" üçün önəmli olan insanın ruh halıdır. Maddə önəmsiz deyil. Ancaq maddənin ötəsi önəmli. "Təkəbbür", "Şöhrət", "Həsəd", "nifrət" üzərində qurulan mənlik "xərab" edilməli.
    Gəl-gəl bu xərabata, can ləzzətini gör gil
    Cav xoş ola bilməz ki, bi sohbəti-cananə
    Buradakı "canan" bütün gözəl davranışları rəmzləşdirən bir qavramdır. "Canan" "xərabat"ın munisidir. Yəni xərab edilmiş və ya varlıqsızlaşmış "şöhrət", "təkəbbür" etkənlər üzərində var edilən bir olqunun adı "canan"dır. Bu üzdən də "canan" və "xərabat" irfanda bir yerdə istidadə edilir.


    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər