Rza Bərahəni. TƏBRİZ ŞEİRLƏRİ

Xəbər verildiyi kimi, dünya şöhrətli yazıçı Rza Bərahəni bir qrup Güney Azərbaycan ziyalısı ilə birlikdə Bakıda səfərdədir. Bu münasibətlə böyük yazıçının doktor Əli Qərəcəlu tərəfindən dilimizə tərcümə olunmuş “Təbriz şeirləri” silsiləsini müəyyən redaktə ilə latın qrafikasına çevirib sizlərə təqdim edirəm.

1.
Qadınların başından çadralarını qaçıran
yaşıl bir yel
və əziz bir xatirə.
Sən hələ
ordasan
ki, iyirmi il qabaq Təbrizin o küçəsində idin.
Yunusu udan
balıqdır
çadra.

2.
Mənim xalqım
səmimiyyətlə dua oxumuş,
səmimiyyətlə
tüfəng
ələ alıb savaşmış;
tüfəng
illər boyu
əlində idi illər boyu.
İndi
qorxusu yox
əgər
sükut eləmişsə;
çünki
ayağa qalxdığında
baharın uca ağaclarına bənzəyəcək
ki, çiçəklənir,
gül açır
və ürək
irilikdə
meyvələr də verir
səmimiyyətlə.

3.
Gecə yarısı
təpə başında
qəhvəxanada
yoldaşlarımla
mən
Savalan balı
yedik.
Qulaq asdıq
kəndin
itlərinin hürüşlərinə.
Şeir oxuduq
və zindandan
danışdıq.
Kəsdi sözümüzü
qəhvəçinin ağlaması.
O,
türkcə cəh-cəh vuran xanəndəyə
qulaq asırdı;
Ki külək dalğalarında uzaqdan gələn irmaq səsi
kimi
gəlirdi.
Biz daha
heç
danışmadıq

4.

Səhərləri
qızarmış çörəyə bənzər Təbrizin.
Günortası
quzu kababına bənzər Təbrizin;
böyründə isti qan damlası ilə.
Axşamları
buz kimi vodkadır, yandırar;
belə ki, sən
bağıraraq evə gələrsən.
Və gecə yarısı
sanki bir qadındır pərqu balış tək;
başını üstünə qoymadan yatarsan.
Oyandığında
Təbriz işıq fəsillərinə bənzər.

5.
Sən ki Şərqin ilk inqilabını
güclü qolların üstündə qaldırdın,
Uca alnın daha da ucalsın, ey şəhər!
Ey hərəkətin cəhəti,
ey mənim davamım,
ey mənim köküm.
Günəş
düz sənin köksündən göyərir;
mən hətta sənin qəbiristanlıqlarını da sevirəm.

6.
Səndən danışanda
kağızım qurtarır;
mənə başqa bir kağız ver –
böyüklüyü göy qədər
ki, səndən yenə
başqa sözlər danışım.

7.
Yanında yaşamaq sənin
Günəşin yanında yaşamaq deyil,
ondan üstündür.
Uzaq yaşamaq
cəhənnəm kimidir;
daha yaman bəlkə də.
Ey mənim cənnətim, hansı şəhərin bacısısan
ki, şeirimi onun ayaqlarına səpim.

8.
Sənin adının musiqisi yanından
bir kişi keçir rəngbərəng bülbül qəfəsiylə
(səslə adımı, adımı səslə).
Müzəffəriyyə dalanında
xalçanın ipəyi dəli olub,
sındırıb sükutu, danışır;
sən ipək təsvirlərin dilisən
(səslə adımı, adımı səslə).
Rastaküçədə
su kranını açdı bir qadın;
heç zaman su vedrəyə tökülməmişdi bu sürətlə
(səslə adımı, adımı səslə).
Görünür divar üstündən
dəvənin boynu və hörgücü;
dəvələr hündür, divarlar qısa
(səslə adımı, adımı səslə).
Palçıqla suvanmış divarları belə şirinlətdi
qızlarının bal rəngli gözləri
(səslə adımı, adımı səslə).
Qardaşımdır mənim
kişnəyən at;
küçədən keçən tovuz
bacımdır mənim
(səslə adımı, adımı səslə).
Dəhrə
xırdaladı şişəyin sümüklərini;
o ətdən mən yazığa da verin bir tikə
(səslə adımı, adımı səslə).
Güləşir
meydançada “şir-balıq”larımız;
düşünür qadınlar onların qollarını
(səslə adımı, adımı səslə).
Dünyanın ən qalın kitabıdır
Ərk,
durub qarşımızda
bizim dik;
tarix sənsən
(səslə adımı, adımı səslə).
Çay qırağında
bir kişi
qaynatası ilə gəlir,
arvadı ilə gəlir,
atası ilə gəlir,
oğlu ilə gəlir,
anası ilə gəlir,
qızı ilə gəlir.
Yuxarı çıxır inqilab pillələrindən mənim elim;
Adın ulduzlarla dolsun, ey Təbriz,
(səslə adımı, adımı səslə).

9.

Çiçəklənən dan yeri
və büllur bülbüllər
və yoxsulluq, quduz yoxsulluq
sənin çöhrənin ətrafında
yarı tutulmuş Ay kimi daim dolanan
bir təzad.
Cavan bir qadına bənzərsən
gözəl,
rəna;
Ki əndamını köhnə paltarla örtmüş.
Xalqın bu məsəli necə də doğrudur burada:
xarabada yatan xəzinəyə bənzərsən.

10.
Yoldaş!
Şəhər!
Yeganə şəhər
Mənim üçün!
Orada bir balaca otaq var
Uzun, qədim, dolanbac küçələrə açılar.
Mən ilk qəzəlimi
O otaqda yazdım.
O balaca otağı mənim üçün saxla;
Ya da dərin bir qəbir qaz
qırmızı köksünün içində.
Bax, şairin cənazəsi
söz izdihamının
və ən seçkin şeirinin
çiynində gəlməkdə.
Yoldaş!
Şəhər!
Yeganə şəhər
Mənim üçün!


Farscadan tərcümə: Əli Qərəcəlu



11 Şərh
  1. Maraqlı şeirlər idi. Esedpurdan sonra Berahenini de sevdim.
    Tərcüməçiyə də, Sizə də təşəkkür.



  2. salamlar masiaga muallim gojaman riza muallim nejada gozal deybdir sag olun


  3. salamlar gojaman ostadimiz riza muallim nejada gozal dediniz yunislara yaziglar olson


  4. Salam,Bəxtiyar müəllim.
    Bu gün Rza Bərahəni ilə görüşdüm. Doğrudan, belə bir ziyalımızın varlığı bizim üçün fəxrdir.


  5. Anonymous :

    "Yunusu udan balıqdır çadra"...
    Hə, bax bu zövq verdi. Balıq axırda Yunusu geri - sahilə qusur və Yunus da İlahinin dediyini yerinə gətirir. Maraqlı gəldi.

    The İmage


  6. Rza Beraheninin bir sürü məqalələrini oxumuşdum. Ancaq romanlarını oxumamışdım. Keçən il iki romanını oxudum. "Ülkəmin sirləri" və "Öldürülmüşlərin şərqisi"
    Modern fars ədəbiyatında üç böyük qələm sahibi var: Rza Bərahəni, Məhmut Dolətabadi, Abbas Mərufi. Bunların qələmləri çox əsrarəngiz. Məhmud Dolətabadinin 10 cilddən ibarət olan "Kəleydər" romanı bizim milli həyatımız baxımından çox önəmlidir. Xorasanda Türkmənlər içində baş verir bu 10 cild romanın olayları. Romanda böyür lirik və epik səhnələrin yanı sıra oradakı ictimai durum roman dili ilə çox gözəl anlatılmışdır. Ancaq bu 10 cildlik romanın içində fikir adamı örnəyini "Səttar" adında bir azərbaycanlı gənc adam təmsil edir. 21 Azər qətliamından sonra Sətta Xorasana qaçmış və orada qaçaq həyat sürür. Pinəçilik edir. Ancaq Səttarın içindəki azadlıq ehtiyacı onu xorasandakı savaşlara qatılmağa sövq edir. Savaş bir təsadüf nəticəsində başlayır. 10 cildlik romanın baş qəhrəmani "Gülməmməd"dir. Gülməmməd "bu savaş təsadüfən başladı, ancaq eşq ilə onu bitirmək istəyirəm."- deyir. Gerçəkdən türkmənlərin və Azərbaycanlıların ortaq duyğuları burda inanılmaz şəkildə anladılır. Yazarın qəhrəmanı Şoloxuvun "Səssiz Don" qəhrəmanı olan "Melxof"a bənzəyir. Onun kimi 2 qadını var. Yazar buna işarə etməsə Şoloxovun "Bir insanın talehi" kitabından romanı yazmadan etkiləndiyini deyir.
    Abbas Mərufinin postmodern üslubda yazılan "Ölülərin sinfoniyası" romanının olayları da Ərdəbildə baş verir. Ərdəbilin təbiəti orada təsvir edilir. Bu romanda da 21 Azər olayına fərqli bir üslubla toxunulur.
    za Bərahəninin bütün romanlarında fars dilində də olsa Azərbaycanın sərgüzəşti anladıır. Onun "Öldürülmüşlərin şərqisi" kimi 432 səhifəlik romanını 2 gecəyə oxudum. Çünkü romanda keçən hadisələr o qədər diqqət çəkicidi ki, kitabı buraxmaq olmur. Həyatımda bir kitabı belə ilginc durumda oxumuşdum. Orta məktəbdə oxuduğumda həndəsə imtahanımız var idi. Necə oldusa N. Astroviskinin "Polad necə bərkidi" romanı əlimə keçdi. İmtahanı unutdurmuşdu mənə sanki. 2 gecəyə bu romanı oxumuşdum.
    Rza Bərahəninin romanlarını oxuduqdan sonra özünə zəng edib kitabları haqqında fikirlərimi söylədim. "Öldürülmüşlərin şərqisi" romanında əsərin baş qəhrəmanı olan "Mahmud"un atasının şüuraltına yerləşmiş "Müsəddiq" olayları canlanır. Romanda əsərinin baş qəhrəmanının şüuraltından 21 azər olaylarının da fışqırmamasına təəccüblənmişdim. Bərahəni bəy "O zaman roman bir tarix kitabına dönüşməzdimi?"- sorusu ilə mənə cavab verdi. Mən də "olmazdı"- dedim. Söz konusu şüuraltı isə, orada Müsəddiq olayı anladılırkən kitab "tarix" kitabı olmadığı kimi 21 azər də onun romanşılıq yönünü əksiltməzdi. Ancaq roman gerçəkdən Təbriz həyatını çox gözəl anladılır. Romanda Azərbaycanın gənc şairi və faciəvi şəxsiyəti şair "Oxtay"ın da mübarizəsi anladılır. Oxtayın adı romanda "işıq" olaraq keçər. "İşıq" isə Oxtayın şeir məcmuəsi olan kitabının adı idi.
    Rza Bərahəniyə can sağlığı və uzun və yaradıcı ömür diləklərimlə.


  7. arastu :

    salam , əziz məsihağa məhəmmədi!
    dayima yaxşı məqalələrə rast gəlirik burada . sevinirəm ki ədəbiyatın sizin kimi təpərli qələmi və düşüncəsi olan bir yazıçısı vardır! alqışlar


  8. Dəyərli Güntay bəy!
    Verdiyiniz geniş bilgilər üçün təşəkkürlər...
    ___

    Əziz Ərəstu bəy, xoş gördük!
    Dərin hörmət və sonsuz sevgilərimi yollayıram sizə. Yaşayın!


  9. Sevgili arkadaşım,

    Uzun bir aradan sonra yeniden sizlerle birlikte olmak, yeni paylaşımlarda bulunmak inanın çok güzel. Hepinizi çok özledim inanın. Yokluğumda değerli mesajlarınızla beni ve bloğumu yalnız bırakmadığınız için sonsuz ve yürekten teşekkürlerimi gönderiyorum.
    Bildiğiniz gibi babama mide ca teşhisi konulmuştu. Konulduktan sonra hiçbir şey yiyip içemedi. Yapılan endoskopi sonucunda boğazı da tahriş oldu. 03 Ekim tarihinde acile kaldırdık ve akşama kadar serum takıldı. Ardından 05 Ekim günü onkoloji servisine yatışı yapıldı. Orada yaklaşık on gün kadar kaldık ve ben de yıllık iznime denk geldiği için babamla birlikte kaldık. Sonrada onkoloji deki hocamızla cerrahideki hocamız aralarında yaptıkları görüşmeler neticesinde babamın midesine pec takılmasına karar verdiler yani şu an babamın midesinde bir tüp var beslenmesini sağlayan. Ancak bizi mutlu eden ağızdan da yavaş yavaş yiyor olması. Ve bu bir aylık süre içinde gittiğinden çok daha iyi olmasından dolayı ailecek mutluyuz elbette. Bugünden itibaren oral yolla kemoterapi ilaçlarına yeniden başladık. İnşallah Allah’ımın izniyle de bu süreçleri de kolaylıkla atlatacağız. Yalnız şunu da öğrendim ki bu tür hastalıklarda moral en büyük ilaç. Şu an babamı daha huzurlu görmek dünyalara bedel.

    İşte sevgili arkadaşım. Kendi sorunlarımızla başınızı ağrıttıysam eğer özür dilerim ancak sizlerle aramızda kurulan öyle güzel bir diyalog oluştu ki sanki anlatsam yüküm bir kat daha azalacak gibi geliyor. Tekrar tekrar teşekkür ediyorum ilginize, etmiş olduğunuz dualarınıza.
    Sizleri ve tüm sevdiklerinizi Allah’ıma emanet ediyorum, Allah her türlü kazadan beladan ve hastalıklardan korusun diyorum. Sevdiklerinizle birlikte sağlıklı ve mutlu günler diliyor, kucak dolusu yürekten sevgilerimi gönderiyorum.
    Kendinize çok iyi bakın benim çok değerli arkadaşım…


    Mehp@re


  10. Salam, Mehparə xanım. Uzun fasilədən sonra sizinlə görüşmək çox xoş oldu. Atanızın durumunun yaxşılaşmasına sevindim. Tanrıdan atanıza səhhət və salamatlıq, sizə də sevinc və səadət diləyirəm...


    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər