Bəxtiyar Muğanoğlu. KƏLBƏCƏR

Müdrik babaların miras qoyduğu,
Necoldu qeyrəti, arı, Kəlbəcər?!
Uca dağlarında bayquş banladı,
Çapıldı, talandı varı, Kəlbəcər.

Tapdağı olmusan yağının, yadın,
Külüngünün səsi gəlmir Fərhadın.
Vətəndən didərgin düşmüş övladın,
Qan ağladı səndən sarı, Kəlbəcər.

Qaçqına, köçkünə döndü hər kəsin,
İdrisin, Qəmkeşin ucaltmır səsin,
Yaqubun oxumur “Mənsuriyyə”sin,
Susubdur kamanı, tarı, Kəlbəcər.

Sazla haray-həşir salır Ədalət,
Şəmşir yata bilmir məzarda rahət,
Dünyadan həsrətlə köçdü Sücaət,
Bəhməni itirmə barı, Kəlbəcər.

Xocalı talandı, Şuşa da yandı,
Göyçənin fəryadı ərşə dayandı.
Muğanoğlu deyər, ölləm, amandı,
Çağır gəlsin dostu, yarı, Kəlbəcər!



10 Şərh
  1. Yaşa, Bəxtiyar müəllim!..

    O dağları bəzəməyə
    Ləli-zəri hardan alım?!
    Soldu-getdi çiçəkləri,
    Təzə-təri hardan alım?!

    Susuzluqda sel gəzirsən,
    Tikanlıqda gül gəzirsən,
    Qədirbilən el gəzirsən,
    Kəlbəcəri hardan alım?!

    Sücaətəm, döndüm aha,
    Ümid qalıb bir Allaha,
    Dəli könlüm, sorma daha,
    O günləri hardan alım?!

    ...


  2. salamlar hurmatli masiaga muallim.
    manim kalbacar şerimi bu qozal duşarganizda nemayiş etdirdiyiniz eçin sizdan çox çox mamnun oldum
    şucaata. bahmana. rahmat .sizlara can sagligi dilayram. butun kalbaçarli va başga gaçgin soydaşlarimiza dozum. yurd yuvalarina donmayi arzulayram sag olun.


  3. Məsih bəy, dəyərli Bəxtiyar Muğanoğlunun şeirini buraya yerləşdirdiyiniz üçün çox gözəl iş görmüşsünüz. Muğanoğlu bizim milli həyatımızda önəmli bir şəxsiyətdir. Bilirsiniz ki, Böyük Şəhriyarın "Heydər baba"sına bir çoxları nəzirə yazmışdır. Muğanoğlu da nəzirə yazanlardan biri olmuşdur. O zaman mənim çox gənc, ya da yeniyetmə idi. Evimizdə Muğanoğlunun "Ay Savalan" poeması var idi. Ön sözünü də Böyük Şəhriyar yazmışdı Muğanoğlunun bu poemasının. Sevərək oxumuşdum. Bir neçə bəndini indi də əzbərdən bilirəm. Yaxından görüşməyə imkan olmadı Muğanoğlu ilə. Ancaq onun vətənsevərlik ruhu ilə dərindən tanışam. Çünkü sənətçinin ruhu onun əsərlərində görünər. Necə ki, Muğanoğlunun "Kəlbəcər" şeirində də onun ruhundakı ağrıları sezmək mükündür. Vətənimizin işğalından dolayı Onun ruhunu narahat edən hissləri görürük. Ayrıca, Muğanoğlu həm də yaxşı bir ozandır. Azərbaycan saz havalarının gözəl ifaçısıdır. Azərbaycanın ellərini toylarda qarış-qarış dolaşan kişilərdən biridir. Bu şərif insana, bu vətənsevər dostumuza ən dərin hörmətlərimi bu vəsilə ilə bildirirəm.


  4. Çox sağ olun, əziz Güntay bəy. Həmişəki kimi dəyərli bilgilər vermisiniz.
    Bəxtiyar müəllimin bu şeirinin burada yerləşdirilməsində, yəqin fikir verdiniz, sizin gözəl "Borçalı" şeiriniz bir növ təkan rolunu oynadı. Bəxtiyar müəllim öz şeirini ərəb əlifbasında sizin şeirinizə şərh kimi göndərmişdi. Mən də şeirdə siz deyən xüsusiyyətləri görüb bir növ silsiləni davam etdirmək üçün onu dərhal latına çevirdim və ayrıca "post" kimi verdim...
    Hər ikiniz var olun. Sizin kimi dəyərli ziyalılarımızı bu sitənin daimi izləyiciləri sırasında görmək çox xoşdur və mən bunu yüksək qiymətləndirirəm...



  5. goca :

    salam masiha moallim
    oulolardan miras galan bouyok yaşi bilimiian yordomozin har dilbar qouşasi bizim varligimiz va dogom - oulom yerimizdir.
    siza va ,moughan oghlo, gardasimada bo qozal yazi eicon eşg oulson.
    bela naqmalarda Agilar va Agrilar daşinsada ostad ozanlarin gopozlarinda heimasi termerlar daşib, varimizi yoksak saviada goroyub va saxlayacag.


  6. Sağ olun, əziz Qoca.
    Razıyam sizinlə...


  7. salam masiaga muallim sag olun dustlrin arasinda atdiginiz bu uçulmaz kurpu eçin.
    -----------------------------------
    -----------------------------------
    va
    salamlar hurmatli. Guntay. bay manim unvanima dediyiniz samimi xuş sozlar eçin lutfunuzdn çox çox mamnun oldum.
    aziz ziyali gardaşim man sizin simanizda butun Ganc ziyalilarimiza faxr edirm siza va butun yer kurasina sapalanmiş vatndaşlarima gardaşlarima.suydaşlarima dunyanin aziz nemati olan can sagligi ayila saadati va barakatli umur arzulayrm.sizlarin manim sasima sas vermayniz dizlarima guvvt urayima tagat yazilarimasa eşig çilayir taki sasiz galsin manim azizlarim.


  8. salamlar ve dərin sayğılarımla
    sayın məsiağa bəy sevimli muğanoğlunun şerini burada oxuduğumdan olduqca sevindim.habelə sevimli muğanoğludan yaralı yurdumuzun dərdlərini xatırladıb və bizə unudulmaz etdiyinə görə çox sağ olun. biz həməşə sizlərin təcrübələrinizdən yararlanmaliyıq.



    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər