İKİ ŞAİR, İKİ ŞEİR – 2

Zaman Paşazadə. AĞAC

Dallanmış, budanmış bir ağacam.
Ucun tutub ucuzluğa ucalmış
bır ağac!
Nə kəndir bağlanacaq budağım var,
nə yaşam duyuracaq yarpağım.
Köküm hardasa unudub məni
və calaqlanıb yelpənəklər kötüyünə!
Və sən
ətəyimdə torpaq çərtərək,
cücərirsən çiçək-çiçək.

Hələ bəlli deyil
quş əkməyimisən?
Çinarmısan?
Almamısan?
Nəsən, nəsən,
nəyin nəsisən?!
Kölgə‎si sehirli çinarlığın da məni maraqlandırmır.
Qızıl almalığın da mənə gərək deyil.
Göyərirsənsə,
sarmaşıq ol;
sar məni,
sarıl mənə.
Əl atıb ucalacağın heykəl məndən
və mənə yaşam verəcək yarpaq səndən.
Dirək məndən,
bayraq səndən.


Qadir Cəfəri. ŞEİR

Günəş gülümsəmirsə də, sevgilim,
bircə sən gülümsə.
Yetər ki, onda
gülümsəyər bağçamızda çinarlar,
çinarda sığırçınlar.
Dəniz gülümsəmirsə də, sevgilim,
təkcə sən gülümsə,
akvariumdakı balıqlar baxıb uzünə
gülümsəyəcəklər,
gözlərində dənizi görəcəklər.
Ormanlar gülümsəmirsə də, sevgilim,
təkcə sən gülümsə,
yellər çalacaq ormanda sevinc mahnısını
və titrək-titrək
oynayacaqlar yarpaqlar.
Torpaq gülümsəmirsə də, sevgilim,
təkcə sən gülümsə,
bitkilər bitəcək sənin gülüşlərindən,
sehirli lobya birisi.
Onda çıxıb
öldürəcəyəm günəşi dustaqlamış qara divləri,
sonra buludlanacağam,
yazın isti nəfəsini eşidəcək ormanlar.
Və bunların hamısı sənin gülüşündən bitəcək,
sadəcə gülüşündən.


Qaynaq (ərəb əlifbasında):
http://www.uchluk.blogfa.com/post-6.aspx
http://www.qaranfil.blogfa.com/post-58.aspx






7 Şərh
  1. salamlar hurmati masiaga muallim.bizim bu dayarli ganclarimizin.şerlarini bu gozal duşarganizda. yayimladiginiz eçin siza oz taşkkurumu.va minnatdarligimi.bildiriram.sag olun. gardaş


  2. Xoş gördük, əziz Bəxtiyar müəllim.
    Mən də sizə düşərgəmi daim izlədiyiniz və ürək genişliyiniz üçün təşəkkür edirəm.
    Sağ olun, var olun...


  3. goca :

    salamlar masiaga muallim.
    necasiniz?
    gun o gun olsun mugan bulgasinda dustlarla.gullugunda olaydig.


  4. Təşəkkürlər, əziz Qoca.
    İnşallah o gün də olar...


  5. salamlar
    sevimli məsiağa bəy bu dəyərli sitənizdə bizə də yer ayırdığınız üçün çox sağ olun.

    hörmətlı qoca və bəxtiyar bəy qayğınıza görə sizi də sağ olun.


  6. salamlar və dərin sayğilarımla
    sevimli məsiağa bəy bu gözəl düşərgənizdə zaman və mənə də yer ayırdığınız üçün çox sağ olun.gecikmiş olsamda belə istəkli qoca və muğanoğlu bəylərinə də öz minnətdarlığımı bildirmək istərdim
    əllərinizə sağlıq.


  7. Əziz dostlar, Zaman və Qadir, xoş gördük sizi.
    Yaradıcılığınızı bacardığım qədər izləyirəm. Sizin kimi gənclərin varlığı Güney şeirinin sabahına böyük ümidlərlə baxmağa əsas verir. Ayrıca Güneydəki müxtəlif ədəbi nəsillər arasında anlaşma və sayğının mövcudluğu da çox sevindiricidir...
    Hər ikinizə uğurlar diləyirəm.


    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər