Sima Didar. ŞEİRLƏR

TANRIM

“Bütlərə tapınmayın”, – dedilər –,
Tanrımız vardır bizim!”
Vurub sındırdılar bütlərin hamısını,
Tanrını zəncirlədilər.

İndi isə mən
ac qalmış gözlərimin körpəsinə
axtarıram sevgilərin anasını.
Kimə yalvarmalıyam,
mənim Tanrım,
dörd divar arasında
dustaqlanıb?!


GÖZLƏRİNDƏ

Tanış oldum gözlərində,
bir pəncərə dəniz ilə.
Gözlərini bağlamasaydın,
boğulacaqdım!


İTİRDİYİM

Axtarıram
param-parçalanmış boşqablar arasında,
kirlənmiş fincanlar içində,
üzü qaralmış itirdiyimi.
Harda itirdim mən onu?
Neçə saniyə,
neçə ildir?
Bəlkə də tarix boyu itmişdi elə,
olmaya heç tapılmaya,
itirdiyim qadınlıq!


Qaynaq (ərəb əlifbasında): http://simay.blogfa.com/


3 Şərh
  1. salamlar hurmatli masiaga muallim sani xuş gurdum sag olun dustlari bu gozal duşarganizin ezlayicilarinla taniş edirsiniz bu dayarli eşiniz eçin siza barakatli omur can sagligi va ayila saadati arzu ediram......
    hurmatli sima xanimada bu guzal şeyrlari eçin sag olsun tutdugu yulda ona ugurlar dilayiram...sagolun


  2. Xoş gördük, əziz Bəxtiyar müəllim. Siz də bu diqqətə və qiymətə görə çox sağ olun...
    Sizə qoşulub mən də dəyərli Sima xanıma uğurlar arzulayıram...


  3. Anonymous :

    Bax bu gözəl xanım ki var, kəndisi özgür biridir,
    Onun sevgisində ulus, dəyərləriylə diridir.

    Eşitmişəm ki, tarixi, çiyninə almış yürüyür,
    Düşlərinin işıqları, ölkəni sarmış bürüyür.

    Zindana salmışlar onu, asqıya almışlar onu,
    O isə, kükrəyib demiş: "gəlməli zülmətin sonu!"

    Ey gələcək, dinlə bizi, dinlə "Dumanlı Təbriz"i
    Bayraq edək yurdumuzun, göylərində qəlbimizi.


    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər