Yollara yolçu olmuşuq, tam bir oluş içindəyik.
Sular kimi həp axaraq, biz duruluş içindəyik.
Köksümüzü doluşduran, sevginin atəşləridir,
Vurulmuşuq, vurulmuşuq, həp vuruluş içindəyik.
Divar-divar kəndimizi, xərab edib uçurmuşuq,
Zərrə-zərrə yepyenidən bir quruluş içindəyik.
Yandı könül, yandı könül, od tutub odlandı könül,
Atəş içində düz yola, biz qoyuluş içindəyik.
Uzayların boşluğuna, dirəndi fəryadlarımız,
İndi zaman gəlib çatıbdır duyuluş içindəyik.
31.12.09
Sular kimi həp axaraq, biz duruluş içindəyik.
Köksümüzü doluşduran, sevginin atəşləridir,
Vurulmuşuq, vurulmuşuq, həp vuruluş içindəyik.
Divar-divar kəndimizi, xərab edib uçurmuşuq,
Zərrə-zərrə yepyenidən bir quruluş içindəyik.
Yandı könül, yandı könül, od tutub odlandı könül,
Atəş içində düz yola, biz qoyuluş içindəyik.
Uzayların boşluğuna, dirəndi fəryadlarımız,
İndi zaman gəlib çatıbdır duyuluş içindəyik.
31.12.09
Hi, ur blog is really eyecatching and Interesting, u should promote it, I knew a website called blogerzoom.com for advertising and marketing, They are offering very unique features with cheap prices. They will promote ur blog through all over the network, all u have to do is choose ur pack and rest leave it to blogerzoom advertising team to promote ur blog in every network. And see how u enjoy a lot of traffic while blogging. Finally happy new year to u and ur family ...
salamlar hurmatli masiaga muallim sani xuş qurdum..
hurmatli dostum Güntay bayin bu qozal şeri eçin una çox sg ol deiib uzun umur can sagligi va ugurlar dilayiram. sag olun baylar..
Dear Jessika, thank you very much for your visit and useful information.
And happy New Year to you as well. Wish you all the best in 2010. Thanks again...
Əziz Bəxtiyar müəllim, sizi də xoş gördük. Çox sağ olun ki, bizi unutmursuz. Səmimi salam və ehtiramımı qəbul edin...
Mənuçehr Cavanşir illər boyudur yanlış başa düşdüğü ədəbsəl qonuları türkçülüq hörmətinin örtüsündə yazıq gənclərimizin xorduna verir,baxın bu Məlihə Əzizpura yazdığı məqaləsının ilk sətrində böyük səhv edib,post modernizmi modernizmin kəsgin Antitezi adlandırır,baxın "Rza Bərahəni" nin www.dayaq.org daki müsahibəsinə Bərahəni bu qonunu orada və başqa bir danışıqda kəsgin yanlış bilir,az və ya yanlış oxumuş Mənuçehr(Güntay) bunların (Modernizm və Postmodernizmi) feodalitə və Kapitalism kimi çizgisəl formətdə alana gəldiğini zən edib Məlihə Əziz puru tə'rifləməğinə zəmin yaratmaq üçün böylə yazıb:
"Modernizmin beşiyi, doğub və evrim (təkamül) evrələrini (mərhələlərini) yaşadığı, daha sonra öz antitezi olaraq bilinen postmodernizmi ortaya qoyduğu yer Batıdır."
Ədavətimiz yox amma bu cür yazılarla gənclərimiz illər boyu özlərini tapanmayacaqlar,xusus Güney Azərbaycanda.
Güntay bəy!,şeir və ədəbiyat sizin işiniz dəğil,bunu mən demirəm bunu sizin bu və buna bənzər neçə yazılarınız deyir,az bilmək və yanlış öyrənmək bilməməkdən daha təhlükəlidir,xusus sizin kimi ədəbiyat paltarına geyinənlər tərəfindən, bu yazıdan (heç olmasa) təkcə inciməyin,dərs də alın.sağolun.
1
Yazı uzun olduğu üçün qəbul etmədi, bir neçə bölümdə göndərirəm.
Sayın Mənsur salam!
Sizin bu nifrət və qələt dolu yazınıza cavab vermə haqqım var. Yaradıclığına çox sayqı duyduğum mərhum şair Məmməd Arazın misraları ilə başlamaq istərdim:
” Mən özüm bilirəm nəçiyəm, nəyəm;
Tikdiyim bu daxma, hördüyüm budur,.
Odası tərtəzə, odu köhnəyəm,.
Əlimdən bu gəlir, gördüyüm budur.
Beşi xoşlasa da biri xoşlamaz
Qələmim ot biçməz, küləş xışlamaz...
Məni bağışlayan olarmı?
..................................................Çətin!”
Mən öz yaradıclıq yerimin hara olduğunu və hansı zirvələrə çatdığımı yaxşı bilirəm. Maksim Qorki “İnsan bir mərhələyə gəlir ki, özü haqda ən ədalətli qərarı verə bilir, hansı evrədə olduğu haqda.”— deyir. Bunu sadəcə mən özüm bilmiş deyiləm. Sizin burada sayqısızca və tənqid kültürünə uyqun olmayan metodla inkar etdiyinizin tam tərsinə olaraq yüzlərcə tanımadığımdan adamlardan təşəkkür məktubu alıram. Şübhəsiz ki, bu məktublar mənim istedadıma milli-tarixi bir görəv yükləmiş olur. Bu arada sizin kim olduğunuzu ilk cümlənizdən anladım. Öz adınızla ortaya çıxacaq cəsatəriniz də yoxdur. İçi nifrət və kinlə dolu olanlar hər zaman cəsarətsiz və qorxaq olurlar. Önəmsiz şeylərə barmaq basırlar. Sanki Amerika kəşf emişsiniz kimi, mənim adımın “Mənuçehr” və soyadımın “Cavanşir” olduğunu yazırsınız. Bəyəm mən bunları gizlədirəm? Əvvəla mənim adımı və soyadımı da yaxşı və tam bilmiş deyilsiniz. Mənim tam olaraq İran pasportunda adım belə yazılır: Mənuçehr Cavanşir Qocabəyli. “Mənuçehr” farsca addır. Anam heç bir zaman bu adı tələffüz etmədi, edə bilmədi. Bu adı ailəm istəmədən mənim pasportuma fars rejimi yazmış. Ailəmizdə kəndimizdə və şəhərimizdə mənə “Mənuş” deyirdilər. “Cavanşir” adı isə, farsca olsa da Azərbaycan—Türk tarixində milli kimliyimizi ifadə etmişdir. Biz əslində Qarabağ kökənliyik. Şuşa cavanşirlərindən. İbarih Xəlil Cavanşir soyundan. Onun da soyu Şuşanın demək olar ki, yenidən qurucusu Nadir Şahın ordusunda albay olan Pənahxan Cavanşirə dayanır. Atamın atası, və xan nənəm Qarabağ haqqında bir öncəki nəslindən eşitdiklərini nağıl kimi danışardı. Bu üzdən də “Cavamşir” adı tarixdə Xurşut Banu Natəvan kimi soylara dayanır. Yəni siz bəlkə soyağacınızı bilməyə bilərsiniz. Mahmud Kaşqarlının “Divani-Lüğati-Tük” kitabının müqəddəməsində yazdığı kimi 7 soyumu araşdırdım və gördüm əsla bir başqa qatqı yoxdur. Tam olaraq türkəm. Qarabağ yaylağımız olmuş, Muğan qışlağımız. Bilirsiniz ki, ya da bilməlisiniz ki, Türkmənçay andlaşması qışda bağlandı. Yəni bizim qışlaqda, Muğanda olmamız gərəkən vaxtda. Böyləcə biz qaldıq Muğanda, yaylağımız olan Qarabağa dönə bilmədik. Yəni mənim dədələrim. Ancaq soyadımız üzərimizdən heç əksik olmadı. Cavaşirlər Qızılbaşların ən vurucu qanadı olan Qocabəyli tayfası ilə qaynayıb— qarışdığı üçün soyadımız “Cavanşir Qocabəyli” olaraq kəsinləşmişdir. “Cavanşir Qocabəyli” çox sayqın və heysiyətli soyaddır. Güney Azərbaycanda olduğum müddətdə bir sürə “Cavanşir Qocabəyli” adı ilə kiçik hekayələrim, şeirlərim, ədəbi tənqidi yazılarım Təbrizdə “Füruği-azadi” qəzetində və Eyvaz bəy Tahanın çıxardığı “YOL” dərgisində çap olurdu. Hətta 1995-ci ilə qədər də Bakının “Cümhuriyət”, “Defakto”, “Önər”, “Mmüsavat” kimi qəzet və dərgilərində bu adla yazılar yazmışam. Ancaq nədən Güntay Gəncalp adını seçməyimin fəlsəfəsi başqa, bəlkə siz bunu anlaya biləcək qapasitədə olmaya bilərsiniz. 1988-ci ildən başlayaraq gizlin adımla, yəni Güntay adı ilə İranda yazılar yazırdım. Daha sonra bu adı özümsədim. Mənuçehr adının yerinə bu adı yerləşdirdim. Finlandiyada pasportumun türkləşməsi üçün yasal girişimdə bulundum və 200 dolar ödəyərək pasportumda rəsmən “Güntay Cavanşir” yazıldı. İranda bizim soyumuzdan Cavanşir və Qocabəyli adı ilə bir çox ünlü adam və sənətçi olduğu üçün mən Cavanşiri də türkləşdirib Gəncalp etdim. Bunun harası sizləri narahat edir? Mənim adımın keçmişdə Mənuçehr Cavanşir Qocabəyli olmasını mənim başıma qaxınc kimi göstərmənizin nə anlamı var? Mən öz keçmişimdən qaçan birisi deyiləm ki.
2
Behrənginin “Qaraca balıq”ı mənim kimi düşüncə səfərinə çıxdığında bataqlıqda yaşayan kibirli balıqlara rastlanır. Onların kibrinə tanıq olan Qaraca balıq “Ay zavallılar sizin adınız da heç özünüzün deyildir.”— deyir. Siz mənim o gözəl adlarımı başqaxıncı kimi yazırsınız, ancaq sizin adınız da heç özünüzün deyil. Həm ərəbcədir, həm də öz gerçək kimliyinizlə ortaya çıxacaq cəsarətiniz də yoxdur, qorxaqsımız.
Ancaq mənim yazılarımı bu qədər diqqətlə təqib edib oxuduğunuz üçün sizə bir təşəkkür borcluyam. Mənim üçün də önəmli olan budur ki, yazılarımı həm sevənlərim, həm də sevməyənlərim oxuyur. Bu hər sənət adamının şansı deyildir. Bax bu şəkildə oxusanız siz də gəlişərsiniz. Örnəyin “modernism-postmodernism” haqqında söylədiklərinizdə öz dar açınızdan baxaraq haqlı olabilərsiniz. Fikrinizi yazarsınız və sağlıqlı bir şəkildə dartşıb bir-birimizdən bir şeylər öyrənə bilərik. Bəlkə sizdə də öyrənilməsi gərəkən bir şeylər ola bilər. Nədən də olmasın?
Məlihə Əzizpuru tərif etməmişəm. Tərif edə də bilərəm. Farsmı gəlib tərif edəcək bizim yaradıcı gənclərimizi? Mənim böylə bir əxlaq kültürüm var ki, müsbət bir iş görəni təşviq və təqdir etmək lazımdır ki, həvəslənib öz işində möhkəm olsun, görsün ki, yaradıcılığı dəyərləndirilir. Mən sizin kimi söndürüvü əxlaq anlayışına sahib deyiləm, mən həvəsləndirici əxlaq kültürünə sahibəm. Bu yazını 6 il öncə yazmışam. Yenidən yazsam bəlkə bəzi dəyişikliklər edə bilərəm. Ancaq bilmiş olun ki, oradaki görüşlərimin tam olaraq arxasındayam.
Bunu bilmiş olun ki, hər bir olqunu tənqid edən digər bir olqu antitez olaraq şəkillənər. Antitez düşmənçilik deyil ki. Həyatın içində var olan bir olqudur və evrimin, təkamülün də dialektik nədəni budur. Əgər postmodernizm modernizmi tənqid edirsə, onun antitezi deyil də nədir? Əgər belə deyilsə, siz “modernitə-postmodernitə” ilşkisini bir məqalədə dəyərləndirin, biz də öyrənək. Sən gəl bizim bu bilgi əksikliyimizi ortadan qaldır. Bu kiçik tekstdə yazırsınız ki, ədəbiyatla uğraşmaq mənim işim deyilmiş. Kimin işidir pəki? Siz bu düşünsəl və ədəbi yetkini hardan alırsınız ki, belə söyləm gəlişdirirsiniz? Bu kiçik mətniniz göstərir ki, dilimizi də doğru—dürüst bilmirsiniz. O zaman bu sözü sizə söylətən içinizdə kontrol edə bilmədiyiniz nifrətiniz və kininizdir. Bu nifrətinizlə də mənə heç bir zərər verə bilməzsiniz. Mən sizin təsəvvür etdiyiniz mərhələlərdən çox yüksəkdəyəm. Bu nifrət həyatınızı bərbad edəcək. İçinizdə kontrolunuzun itməsinə, xəstələnmənizə səbəb olacaq. Ona görə də xatırlayırsınızsa, orda— burda arxamca qiybət edərdiniz ki, gah füzuliçi olur, gah Şəmsçi, gah hürufiçi olur, gah... bu Mənuçehrə.
Bax sizə də bunu təklif edirəm. Yalnız heyvan özü ilə barışar və dəyişməz. Ancaq insan dəyişməli, gəlişməlidir. Yoxsa heç bir tərqqi və tarix olmaz. Sizlərin, baxsanız tarixiniz yoxdur, düşüncə tarixiniz yoxdur. Oysa bu kibri bir yana atıb mənim düşüncə həyatımı təqib edib, örnəyin Füzuli, Şəms, Cavid və... haqqında yazdıqlarımı oxusanız, siz də dəyişərsiniz. Görərsiniz ki, nifrətsiz yaşamaq nə gözəl bir nemətdir. O zirvəyə çatanda tənqidin də öz zövqü olur. Çünkü tənqid nifrətin ifşa edilməsi deyil. Tənqid var olanı dəyərləndirməkdir. Ələməkdir, ələşdirməkdir.
Güntay Gəncalp— Finlandiya
14.01.2010