Qazın yeddi balası vardı.
Qonaq gəldi,
ev yiyəsi birini kəsdi.
Dedi: “Altısı qalır, bəsdi”.
Gecə bala qaz
boynunda qan-qırmızı lent,
girdi ana qazın yuxusuna.
Dəli bir külək əsdi,
bir bala düşdü su quyusuna.
Beşi qaldı.
Səhər ikisini
qonşu satın aldı.
Qonşunun arvadı dedi:
“İti bıçaq götür, a kişi!
Yazığı incitmə, çığırtma”.
Ocağı gur qaladı.
Günortaya hazır oldu çığırtma.
Ev sahibi bala qazın
birini də kəsdi.
Dedi: “İkisi qalır, bəsdi”.
İkidən birini tülkü apardı.
Qaldı biri.
Onu da it boğdu diri-diri...
Günlər keçdi,
hava dəyişdi.
Qaz yenə yumurtladı,
bir, iki, beş.
Ev sahibi gözlədi,
ana qaz kürt düşsün deyə.
Qaz bir gün sındırdı yumurtaları.
İçdi ağını da, sarısını da.
Yandırdı-yaxdı
ev sahibini də, qarısını da.
Dedilər: “Mərdimazar, yaramaz!
Nankor qaz, nanəcib qaz!”
Yaxşı ki, adam dili bilmirdi qaz,
yoxsa ki, soruşardı:
“Niyə nankor?
Yaramaz?”
Balaları yox olandan bəri
gecələr tez-tez
qaz yuxudan ayılırdı,
baxırdı o yan-bu yana.
Bəlkə balasından biri qalıb.
Bəlkə quyuya düşən diri qalıb?
Kim bilir, bəlkə “qa-qa” deyəndə,
qaz ağlayırdı gecələr.
Kim bilir, bəlkə
adam dili bilsəydi,
ömrü boyu
ağı deyərdi:
“Cücələr, ay cücələr,
Cücələr, ay cücələr!..”
Qonaq gəldi,
ev yiyəsi birini kəsdi.
Dedi: “Altısı qalır, bəsdi”.
Gecə bala qaz
boynunda qan-qırmızı lent,
girdi ana qazın yuxusuna.
Dəli bir külək əsdi,
bir bala düşdü su quyusuna.
Beşi qaldı.
Səhər ikisini
qonşu satın aldı.
Qonşunun arvadı dedi:
“İti bıçaq götür, a kişi!
Yazığı incitmə, çığırtma”.
Ocağı gur qaladı.
Günortaya hazır oldu çığırtma.
Ev sahibi bala qazın
birini də kəsdi.
Dedi: “İkisi qalır, bəsdi”.
İkidən birini tülkü apardı.
Qaldı biri.
Onu da it boğdu diri-diri...
Günlər keçdi,
hava dəyişdi.
Qaz yenə yumurtladı,
bir, iki, beş.
Ev sahibi gözlədi,
ana qaz kürt düşsün deyə.
Qaz bir gün sındırdı yumurtaları.
İçdi ağını da, sarısını da.
Yandırdı-yaxdı
ev sahibini də, qarısını da.
Dedilər: “Mərdimazar, yaramaz!
Nankor qaz, nanəcib qaz!”
Yaxşı ki, adam dili bilmirdi qaz,
yoxsa ki, soruşardı:
“Niyə nankor?
Yaramaz?”
Balaları yox olandan bəri
gecələr tez-tez
qaz yuxudan ayılırdı,
baxırdı o yan-bu yana.
Bəlkə balasından biri qalıb.
Bəlkə quyuya düşən diri qalıb?
Kim bilir, bəlkə “qa-qa” deyəndə,
qaz ağlayırdı gecələr.
Kim bilir, bəlkə
adam dili bilsəydi,
ömrü boyu
ağı deyərdi:
“Cücələr, ay cücələr,
Cücələr, ay cücələr!..”
salamlar hurmatli masiaga muallim sani xuş gurdom.hurmatli Rasul Rza mallimin bu şerini uxudum llzzat aldim siza öz taşakkurumu bildiriram ki bela dunya şuhratli şaerlarimizin şeyrarinla bizlari taniş edirsiniz sizinkimilarin varligina faxr edirik sag olun
salamlar masiaga muallim.
« نه درديم»
ائللريمده آيريليغي حسرتي
يئرلي ديبلي يالان اولا نه درديم
سازيميزدا بير قايتارما، هاواسين
ذيل كوكلهيب چالان اولا نه درديم
***
يارسيندان چوخو اوتوب ياشيمين
نه چوخوموش دردي سري باشيمين
بو موقدس توپراقيمين داشيمين
قايغي سينا قالان اولا نه درديم
***
وطنيمي ديديك ديديك ديده ني
ائللريمي يورد يووادان ائده ني
حاققي دانيب ايري يولو گئده ني
ظولم آتيندان سالان اولا نه درديم
***
«موغان اوغلو» بيزه دييدي بئله داش
ديليم باغلي سينم داغلي گؤزوم ياش
حقيقت ده اؤز يئريني آلا كاش
ظولمون ائوي تالان اولا نه درديم
Xoş gördük, əziz Bəxtiyar müəllim. Təşəkkür edirəm gözəl sözlərinizə və dəyərli şeirinizə görə. İzninizlə, şeirinizi latına çevirib o biri bloqumda yayınladım:
http://galacak.blogspot.com/2010/01/bxtiyar-muganoglu-n-drdim.html
Sağ olun, var olun...
salamlar korkamli m-AGA MULLİM.
QUZAL VƏ QOLLAR GOXULO ƏTİRLİ ZƏHMAT VƏ QİğİSİİLA GAZANDİğİNİZ əmakdan biza də hər dunə rohomoza ğida kimi pai döşor. bo Təmanasiz pailar içon minatdaram. ( hormətla-quca )
Xoş gördük, dəyərli Qoca.
Gəlişinizə və verdiyiniz qiymətə görə mən də sizə minnətdaram...
Yaşayın!
Səlamlar
Bu şeiri görməmişdim heç sağol Məssiağa!
Salam, Ülkər xanım.
Bu şeir Rəsul Rzanın demək olar, tanınmayan şeirlərindəndir. Ümumiyyətlə, R.Rzanın heç də populyar olmayan bir neçə bu cür şeiri var ki, məncə, onun poetik düşüncəsinin xarakterini anlamaq baxımından çox əhəmiyyətlidir, amma nəinki oxucuların, hətta R.Rzadan yazan ədəbiyyatşünasların da diqqətindən kənarda qalıb. Mən imkan olduqca çox sevdiyim bu böyük şairin digər əsərlərini də təqdim etməyə çalışacam, onda bilinər ki, bu gün "yeni" deyə ətrafında hay-küy qaldırılan ifadə tərzi, bədii üsullar və s. 40-50 il əvvəl R.Rza tərəfindən şeirimizə gətirilib... Ruslar necə deyir? "Все новое — это хорошо забытое старое".
P.S. Təbrizdə hava necədir? Deyəsən, gün çıxıb...