Əliağa Vahid. BİZİ

Əvvəlindən salan olsaydı əgər başə bizi,
Cəhlimiz salmaz idi bunca dağa-daşə bizi.

Azacıq elmimiz olsaydı, əgər əsrə görə,
Boyun əydirməz idi qonşuya, yoldaşə bizi.

Nə hünər var, nə biligmiz, nə də ki dövlətü mal
İtə atsan da yeməz, misl eləməz laşə bizi.

Şübhəsizdir, tüpürər surəti-idbarımıza,
Göstərən olsa bu sima ilə nəqqaşə bizi.

Üzü dönsün görüm ol ağuya dönmüş çörəyin,
Yaxşı möhtac elədi qəhbəyə, oğraşə bizi!



6 Şərh
  1. salamlar hurmatli masiaga muallim qazal xan şaerimiz aliaga vahidin bu Gozal qazalini oxudum azarbaycanimizin dilbar şahai bakida vahid evinin parkinda şaerimizin heykalinin onunda ona hasr etdiyim şerimi siza v vahid sevarlara sonuram sag olun azar baycanimizin qahraman oglu....
    ..................
    <>
    واحید ابدی سن بو قدر کی اثرین وار!
    دیللرده،آغزلاردا گزیرسن.ظفرین وار!

    ظولمتده بوغولدون،حیاتیندا نه یازیقکی-
    بیلدینمی؟سنین بیر بئله آیدین سحرین
    وار

    عشقین اودونا یانماغا عاشیق کیمی
    یاندین
    فرهاد،کیمی داغلاری یارماق هونرین وار

    بیر باغدی سالیبسان گویریر قوللو بوداقلی
    احسن سنه بو باغدا یئتیشمیش ثمرین وار

    دیوان کی وئریبسن بیزه بیر شهردیر اوستاد
    شئعرین،شهرین گزمه یه مین دونگه لرین وار

    چوخ یولچو گلرکن گزه جکدیر بو شهرده!
    بیر بئیله غزللرله تیکیلمیش شهرین وار!

    سنده!بو (موغان اوغلو)کیمی بختیار اولدون
    البت کی سنین شئعر تک،الده کسرین وار!
    ..................


  2. Salamlar, əziz Bəxtiyar müəllim. Sağ olun Vahidə ünvanlamış bu misralara görə...

    Vahid, əbədisən, bu qədər ki əsərin var!
    Dillərdə, ağızlarda gəzirsən, zəfərin var!...

    Divan ki veribsən bizə bir şəhrdir, ustad,
    Şeirin şəhərin gəzməyə min döngələrin var...

    Təşəkkürlər!


  3. salamlar hörmatli masiağa möallim bu qarşiladiğimiz yeni il sizə ayilanizə v yaxinlariniza qutlu olsun...sizə xoş arzularimla..hörmtləşş muğanoğlu


  4. Təşəkkür edirəm, əziz Bəxtiyar müəllim.
    Mən də sizi və bütün yaxınlarınızı Yeni il münasibətilə təbrik edir, rifah və səadət arzulayıram...


  5. Ülker :

    نئچه بئله بایراملار!


  6. Çox sağ olun, Ülkər xanım, sizinlə bahəm!


    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər