DÖZÜM
Dözümdən acığım gəlir
Özümdən acığım gəlir!
Özümlə qalıram amma
Dözümlə qalıram amma
Və zaman
Naşı bir oğru tək qacır ...
GETMƏK
Nökərəm, kölgəm, nökərəm
Qayıt!
Kölgəsiz getmək istəyirəm
(Barıtlar bat-bat iysi verir
Və ətirlər yalan)
Nökərəm, Nadir, nökərəm
Qayıt!
Nadirsiz getmək istəyirəm
Səni səndən alanlara qarşı getmək istəyirəm
Qarşı getmək istəyirəm ...
HAVA DURUMU
Xəbərlərə qulaq asdım
xəbərsiz qaldım!
Hava durumunda deyin, hər nəyin bulud olmağını
Hava durumunda deyin...
Göy öskürək tutacaqdır göyümüz!
Göyərtisiz olacaqdır yağışlığımız!
Bəzən noğul, bəzən nağıl yağacaq,
Kim islanıb,
Kim odlanacaq.
Xoşca qalın!
SALAM BİZLƏRƏ!
Daş altındakı bitkilərə salam!
İstəyirdim hələ bitək
İstəyirdim
Maviləri
Yaşıl öpək
Qapı-qıfıllama* sevməyə gedək ...
Ah, nağıllardan qayıtmalıyam.
Salam bizlərə,
daş altındakı bitkilərə.
-------
*Hamılıqla
Dözümdən acığım gəlir
Özümdən acığım gəlir!
Özümlə qalıram amma
Dözümlə qalıram amma
Və zaman
Naşı bir oğru tək qacır ...
GETMƏK
Nökərəm, kölgəm, nökərəm
Qayıt!
Kölgəsiz getmək istəyirəm
(Barıtlar bat-bat iysi verir
Və ətirlər yalan)
Nökərəm, Nadir, nökərəm
Qayıt!
Nadirsiz getmək istəyirəm
Səni səndən alanlara qarşı getmək istəyirəm
Qarşı getmək istəyirəm ...
HAVA DURUMU
Xəbərlərə qulaq asdım
xəbərsiz qaldım!
Hava durumunda deyin, hər nəyin bulud olmağını
Hava durumunda deyin...
Göy öskürək tutacaqdır göyümüz!
Göyərtisiz olacaqdır yağışlığımız!
Bəzən noğul, bəzən nağıl yağacaq,
Kim islanıb,
Kim odlanacaq.
Xoşca qalın!
SALAM BİZLƏRƏ!
Daş altındakı bitkilərə salam!
İstəyirdim hələ bitək
İstəyirdim
Maviləri
Yaşıl öpək
Qapı-qıfıllama* sevməyə gedək ...
Ah, nağıllardan qayıtmalıyam.
Salam bizlərə,
daş altındakı bitkilərə.
-------
*Hamılıqla
salamlar hurmatli masiag muallim sani xuş Gurdum dustmuz nadir azharinin şerlarini bu Gozal sitanizda yayimladiginiz eçin sag olun qardaş siza va nadir baya saglamliq arzulayiram asan qalin
Təşəkkürlər, Bəxtiyar müəllim. Yaşayın!
Məsiağa müəllim,
Bu şeirlər farscadan çevrilib yoxsa öz dilimizdə yazılıb? Nəyə görəsə mənə elə gəldi ki, orijinalı farscadı bu şeirlərin.
Salam,dostum.
Bu şeirlər öz dilimizdə yazılıb. Nadir bəyin "Buyurun, gözəl düşmənlərim" adlı şeir toplusundan seçilib...
Salam,teşekkürlerimi bildirirəm
bir də bu kitabın son PDF adresini yazmaq ısterdım:
http://www.kitablar.org/details.php?book_id=1019
sağolun.
Salam, Nadir bəy.
Siz sağ olun belə gözəl şeirlərə görə. Uğurlar arzulayıram!
Nadir bacarıqlı, uğurlu istedaddır. Gəlişi bizim qoşuğumuza yeni bir səs qatıb.
Məsiağa bəyin əlləri ağrımasın. Bizi sevindirməyi çox yaxşı bacarır.
sevgilərimlə
Hadi Qaraçay
Sağ olun, Hadi bəy.
Gəlişiniz çox xoş oldu...
Təkrar təşəkürlərimi bildirirəm,sağolun Hadi bəy qaraçay,sağolun Məsiağa Məhəmmədi.