Süleyman Məhəmmədi. ŞEİRLƏR

ALA BİLMƏDİYİM QƏZETLƏRDƏ

Ala bilmədiyim qəzetlərdə,
dərgilərdə
nə yazılmışdı görəsən?!

Ögey qalmış bu şəhərdə
mən heç köynəyimi köhnəltmədim,
yaşamadım arzularımı.

Ağzını çəkib bağlamış
mağazalar içində
manekenlərin sabahlara çıxış planları
və sinemada yeni bir film afişləri
daha dayandırmır məni.
Bilirəm, məni sevindirən sevgilər
çox uzaqlardadır.

Qorxuram
burdakı küləklərdən:
hardasa birinin alov səsinə
oxşayır.
Sahilində iz salmadığım dənizlər
səsləyir ayaqlarımı.

Tələsirəm biləm bu anda,
biləm yer kürəsinin
hansı daşına
ayağım dəyib, dəyməyib.
Hansı cığırdan
izim pozulub, pozulmayıb.
Tələsirəm
səni tapam...
Ömür küləklərdən daha tez sovuşur.
Gəzirəm,
yuxularda qalmış
yeni izlərini
sayaqlayam...

Ala bilmədiyim qəzetlərdə,
dərgilərdə
nə yazılmışdı görəsən?!


BIÇAQ

Mən səninlə keçməmişəm
sərv meydanından,
qərənfil küçəsindən.
Mən səninlə ötməmişəm
sevgi xiyabanından.
Pəncərələr divarlanıb,
qapılar qusub adamları meydanlara.
Əlləri işli,
beyni işsiz adamlar.
Arxamca min ağız
kürəyimə bıçaq kimi işləyir.
Mən dinmədən
ulduzlu bir axşamın
özləmində
göynəyirəm.


PAYIZ

Çəltik saralıb,
biçilib.

Ətrində bu çəltiyin görürəm
dolaşan payızı.
Bu çəltikdə ağzında mahnı gəzdirən
qadın, qızlar
hardadır indi?

Qadınlar payız,
qızlar payız,
mahnılar payız.

Günəşin dodağında hər səhər oxuyan
quşlar
hardadır indi?
Nə doğuşda oxudular,
nə batışda Günəşi bu payız.
Günəş də payız,
quşlar da payız.

Səni görərdim:
o yalqız ağacdan aslanan
uşaq beşiyin laylalarla
yellərdin.
Sən yoxsan, səsin də yox.
O yalqız ağac payız,
o beşik payız,
laylalar payız.


7 Şərh
  1. tenqid :

    Gözəl şeirlər xusus birinci şeir,başarılar


  2. zaman pashazade :

    salamlar sevimli Mesiaga
    deyerli ve sanballi blogunuzda gezmekden olduqca zovq aldim.
    size ugurlar


  3. Təşəkkür edirəm, əziz Zaman bəy. Sizə də uğurlar diləyirəm. Yaşayın!
    ___
    Dəyərli Nadir bəy, gəlişiniz çox xoş...


  4. salmlar məiağa muəllim səni xoş gördum qardaşim bu gözəl şiir paylaşmalarin eçin sağ olun faydalandim allərinizə sağliq


  5. Salamlar, əziz Bəxtiyar müəllim. Sizinlə yenidən görüşməkdən çox məmnunam.Yaşayasız!


  6. Məssiğa yenilədin darıxdım axı...



    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər